Türkiyə Prezidenti: "Azad edilmiş torpaqların bərpasına dəstəyimiz fasiləsiz davam edəcək"
"Qarabağ və Şərqi Zəngəzurun sürətli şəkildə abadlaşmasından, işğalın izlərinin qısa müddətdə silinməsindən məmnuniyyət hissi duyuram. İşğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası prosesində dəstəyimiz bundan sonra da fasiləsiz davam edəcək".
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd edib.
"Azərbaycanın ötən il noyabrın 8-də işğaldan azad edilmiş mədəniyyət paytaxtı Şuşada imzaladığımız Bəyannamə ilə münasibətlərimizin müttəfiqlik səviyyəsinə çatdırılması ölkələrimiz üçün tarixi addımdır. Həmrəyliyimizin bundan sonra da "Bir millət, iki dövlət" şüarı ilə hər sahədə inkişaf edəcəyinə şübhə yoxdur", - deyə dövlət başçısı vurğulayıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1165 Tarix: 10 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident İlham Əliyev müşavirə keçirdi
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki
22 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabr