"Lüksemburq Avropa Şurasından istədiyini Ermənistana qarşı tələb etməlidir" - Deputatdan AÇIQLAMA
Ərazisinə görə 167, əhalisinə görə isə 164-cü yerdə olan balaca Lüksemburq Ermənistana dəstək vermək qərarına gəlib. Qətnamə qəbul edərək, Azərbaycanda saxlanılan erməni əsirlərin Ermənistana qaytarılmadığı müddətdə Avropa Birliyini Azərbaycanla əməkdaşlığı genişləndirməməyə çağırıb.
Məsələ ilə bağlı Sonxeber.az-a deputat Ceyhun Məmmədov açıqlama verib.
O bildirib ki, bu, birinci hal deyil:
"Lüksemburq Vətən müharibəsində qələbədən sonra da buna bənzər addımlar atmışdı. Bir sıra Avropa ölkələri, o cümlədən Lüksemburq, dəfələrlə belə addım atıb. Hesab edirəm ki, bu, erməni diasporunun atdığı addımların nəticəsidir. Təəssüf ki, bu gün Qərbin bir sıra ölkələri və dairələri hələ də erməni diasporunun təsiri altındadır.
Bu gün Lüksemburq özü də kiçik bir araşdırma aparsa, görər ki, işğalçı olan məhz Ermənistandır. Lüksemburq Avropa Şurasından istədiyini Azərbaycana qarşı yox, 30 il əleyhimizə ədalatsiz siyasət yürüdən Ermənistana qarşı tələb etməlidir.
Təəssüflər olsun ki, biz bunu görmürük. Biz Lüksemburqun nümunəsində növbəti dəfə ikili standartların, eləcə də ədalətsizliyin parlaq təzahürünü görmüş oluruq. Bu, birmənalı olaraq qəbuledilməzdir. Azərbaycan dəfələrlə məsələyə öz mövqeyini bildirib və yenə bildirəcək.
Bu kimi hallara Ermənistan artıq son qoymalıdır. Onun diasporu da dünyada içtimai rəyi çaştırmağa çalışmamalıdır. Bu, kökündən yanlış olan bir yanaşmadır və elə özlərini uçuruma aparacaq.
Belə halların zaman-zaman olacağını nəzərə almalıyıq və onlara diplomatik yolla reaksiya verməliyik".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR