Bakıda etiraz edən şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA
"Bu gün Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısında Vətən müharibəsinin iki iştirakçısı Hacı Vəliyev, Ayaz Qasımov və 2019-cu ildən əlilliyi olan Orxan İmanovun əlillik təyinatı ilə bağlı söylədikləri fikirlər tamamilə əsassızdır".
Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin açıqlamasında bildirilir.
Qeyd edilib ki, həmin fikirlər qazilərimizlə bağlı aparılan dəstək tədbirləri, həmçinin qazilərin əlilliyinin təyinatı istiqamətində aparılan şəffaf və qanunauyğun işlər barədə mənfi rəy yaratmaq cəhdidir:
"Vətən müharibəsi iştirakçılarından artıq 2 200-dək qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib.
Onlardan biri də Hacı Vəliyevdir. Ona II dərəcə əlillik, Prezidentin aylıq təqaüdü (350 manat) və pensiya (617 manat), ümumilikdə 967 manat aylıq sosial ödəniş təyin edilib. Əlilliyinə görə 6 600 manat sığorta ödənişi edilib və digər maddi dəstək tədbirləri görülüb.
Lakin o, bununla neçənci dəfədir ki, bir neçə şəxsi ətrafına cəlb edərək əsassız ittihamlar, qanuni olmayan tələblər səsləndirir, qazilərə guya biganə, qayğısız yanaşıldığı barədə cəmiyyətdə yanlış rəy yaratmağa çalışır. O, müxtəlif vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir müavini, digər rəhbər vəzifəli şəxslər tərəfindən dinlənilib, ona aidiyyəti məsələlərlə bağlı izahatlar verilib.
Lakin yenə də sağlamlıq vəziyyəti əlillik təyinatına əsas yaratmayan şəxsləri ətrafına toplayaraq narazılıq fonu yaratmaqla həmin şəxslərə əlillik təyin edilməsi üçün müvafiq quruma təzyiq göstərməyə çalışır.
Narazı çıxış edən şəxslərdən biri – II qrup əlil Orxan İmanova isə hələ 2019-cu ilin dekabr ayında hərbi xidmət dövrü ilə əlaqədar II qrup əlillik təyinatı aparılıb. Bu il isə o, əlillik səbəbinin "ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" səbəbi ilə əvəz edilməsi üçün müraciət edib. Burada da əsas məqsədi müharibə əlilləri üçün dövlət təminatlarından (mənzil, avtomobil və s.) müharibə əlili olmadığı, haqqı çatmadığı halda yararlanmaqdır.
Lakin bu ilin 1 sentyabrında əyani müayinə olunarkən onun diaqnozu təsdiqini tapmayıb.
Məsələn, diaqnozunda "pıçıltı nitqinin sol qulaqda bir metr, sağ qulaqda metr məsafədən eşitməsi ilə" yazılsa da, əslində eşitmə cihazı olmadan da rahat eşidə bildiyi aydın olub. Ona görə də 2019-cu ildə təyin edilmiş "epilepsiya" diaqnozu ilə ikinci dərəcə əlillik təyinatı qüvvədə qalıb.
Ayaz Qasımov isə sentyabrın 24-də əyani müayinə olunarkən sağlamlıq vəziyyətinin və eləcə də diaqnozunun əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən əlillik təyin olunmayıb.
Bir daha bildiririk ki, əlillik vəziyyətində olmayan şəxsə əlillik dərəcəsi verilə bilməz.
Zəfərimizin qəhrəmanları olan qazilərimizə cəmiyyətdə böyük ehtiram vardır və dövlət tərəfindən onlara hərtərəfli dəstək göstərilir. Bu dəstək işləri qarşıdakı dövrdə də davam etdiriləcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Anamla atam ailə qurmağımı istəyir"
Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Azərbaycana QAR YAĞDI
"Banu" Günel illər sonra - Foto
Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları