Azərbaycan Prezidentinin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması tarixi Zəfərimizin təsdiqidir

Azərbaycan Prezidentinin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması tarixi Zəfərimizin təsdiqidirAzərbaycan Prezidenti İlham Əliyevin Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə "Türk Dünyasının Ali Ordeni" ilə təltif olunması mühüm tarixi hadisədir. Bu, dövlətimizin başçısının böyük şəxsiyyətinə, Türk dünyasında tutduğu mövqeyə, liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında yüksək nüfuz qazanmasına, ən başlıcası isə 30 il işğal altında saxlanılan ərazilərimizin yağı tapdağından azad edilməsini və beləliklə, ərazi bütövlüyünün bərpasını reallaşdıraraq, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Zəfərin qazanılmasındakı misilsiz xidmətlərinə verilən layiqli dəyərdir.
Azərbaycanın Qarabağ Zəfəri ilə işğal altındakı torpaqlarımız düşməndən təmizlənməklə uzun illər ərzində yurd-yuvasından didərgin salınan insanların Vətən həsrətinə son qoyulub. Bu isə Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik sərkərdə fəaliyyəti nəticəsində reallaşıb. Eyni zamanda, Vətən savaşında əldə edilən parlaq Zəfərlə bölgəmizə uzanan davamlı sülh, sabitlik və əməkdaşlıq yolunun önü açılıb.
Prezident İlham Əliyev uzaqgörən siyasəti ilə Türk dünyasında böyük nüfuz əldə edib, prinsipial lider kimi şöhrət qazanıb. Qarabağ döyüşlərində Azərbaycanın tarixi Qələbəsi də ölkə rəhbərini qətiyyətli, müdrik dövlət başçısı kimi bütün dünyada tanıdıb. Türkdilli dövlət başçılarının on iki il bundan əvvəl Naxçıvan Zirvə görüşündə Prezident İlham Əliyevin dediyi sözlər də ötən müddətdə onun qarşıya qoyduğu məqsədə doğru getdiyi yolda əzmkarlığını, uzaqgörənliyini, müdrikliyini göstərib: "Vaxtilə Azərbaycanın tarixi, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır".
44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbə ilə Prezident İlham Əliyev bütün türk dünyasına böyük, misilsiz bir töhfə verdi. Bölgədə sülhün, əmin-amanlığın əsası qoyuldu, Zəngəzur dəhlizinin açılmasını şərtləndirən şərait yaradıldı. Bu sülh, bu yol bütün Türk dünyasını sevindirdi. Bu sülh şəraiti, bu yol-dəhliz ilə türk dövlətləri arasında mövcud bağlılığın, əməkdaşlığın daha da möhkəmlənməsinə, daha da inkişafına zəmin yarandı.
Azərbaycan Prezidenti İlham Əliyevin "Türk Dünyasının Ali Ordeni" ilə təltif olunması məhz bu fəaliyyətinə verilən yüksək qiymətdir, Türk Şurasının Naxçıvandan başlanan inkişaf yolunda dövlətimizin başçısının fədakar əməyinin dəyərləndirilməsidir. Bu, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təşkilatın inkişafına, onun sıralarının genişlənməsinə, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə və əlaqələrinin artmasına, əgər belə demək mümkündürsə, minnətdarlıq ifadəsidir.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1248   Tarix: 14 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr