Boşanmadan sonra qızıl-zinət əşyaları və cehiz kimdə qalmalıdır?

Boşanmadan sonra qızıl-zinət əşyaları və cehiz kimdə qalmalıdır?Məlum olduğu kimi, boşanma zamanı tərəflərin mübahisələndirdiyi əsas məsələlərdən biri əmlakın bölgüsüdür. Ər-arvad ayrıldıqdan sonra daşınar əmlak hesab olunan qızıl-zinət əşyalarının və cehizin kimin sərəncamında qalması hər zaman aktual məsələ olaraq ortaya çıxmaqdadır.

Bu barədə Trend-ə hüquqşünas Arif Nəzərov deyib.

Hüquqşünas bildirib ki, "ilk növbədə birgə mülkiyyətçilərin mahiyyətini dəqiqləşdirmək lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Həmçinin, Məcəllənin 225.4-cü maddəsinə uyğun olaraq, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin.

Bu baxımdan, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Beləliklə, nigah dövründən əvvəl və ya sonra tərəflərdən hər hansı birinin hədiyyə şəklində əldə etmiş olduğu qızıl-zinət əşyaları və cehiz onlardan birinin sərəncamında qalır".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2240   Tarix: 15 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Aristotelin İsgəndərə dərs dediyi məktəb tapıldı - 2300 illik sirr açılır

Yunanıstanın şimalında yerləşən qədim Mieza şəhərində eramızdan əvvəl IV əsrə aid iri arxeoloji kompleks aşkarlanıb. xarici KİV-ə istinadla xəbər verir ki, kompleksin məşhur filosof Aristotelin gənc Makedoniyalı İsgəndərə dərs dediyi məktəb olduğu ehtimal edilir. Arxeoloji qazıntılar zamanı ərazidə ik

23 sentyabr
.

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB

Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl

20 sentyabr
.

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y

19 sentyabr
.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma

20 sentyabr
.

Maqnitlə işləyən soyuducu - qazsız soyudur

Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori

22 sentyabr
.

Sinqapurda ictimai nəqliyyatda yeni qadağalar: Cərimələr 4 min dollara çatır

Sinqapur hökuməti avtobuslarda ictimai asayişin pozulmasına görə təxminən 400 dollar məbləğində cərimə tətbiq edir. xəbər verir ki, bu barədə Sinqapurun Yerüstü Nəqliyyat İdarəsinin dərc etdiyi məlumatda bildirilir. Yeni qaydalar sentyabrın 23-dən qüvvəyə minəcək. Bildirilir ki, ictimai nəqliyyatda yüksə

23 sentyabr
.

Öldüyü bilinən qadın qəfil dirildi

Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr

22 sentyabr
.

Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı

Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada

20 sentyabr
.

Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər: aktiv edin

Müasir smartfonlar yalnız zəng etmək və mesaj göndərmək üçün nəzərdə tutulmayıb. Təhlükəli vəziyyətdə bu cihazlar təcili xidmətlərlə əlaqə saxlaya, istifadəçinin yerini ötürə, yaxınlarını məlumatlandıra və mümkün təhlükə barədə xəbərdarlıq edə bilər. xarici mediaya istinadla xəbər verir ki, "Popula

22 sentyabr