Amerikalı qadın darıxdığından rekord qırdı: 95 gündə 4000 km qaçdı
COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər zamanı darıxan ABŞ sakini hər gün marafon distansiyası qaçaraq Ginnesin Rekordlar Kitabına düşüb. Məlumata görə, o, 95 gündə təxminən dörd min kilometr məsafə qət edib.
Alissa Klarkın sözlərinə görə, 2020-ci ilin mart ayında İtaliyada yaşayıb. Həmin vaxt ölkə hakimiyyəti COVID-19 pandemiyası səbəbindən ilk dəfə olaraq karantin rejimi tətbiq edib. Tezliklə amerikalı qadın çoxdan hazırlaşdığı yay marafonlarının da ləğv olunduğunu öyrənib.
Karantin zamanı Klark hər gün marafon məsafəsi (42 km) qaçmaq qərarına gəlir. O, layihənin 15 gün davam edəcəyini düşünüb, lakin bu müddətdən sonra da qaçmağı dayandırmayıb. Qadın ABŞ-a qayıtdıqdan sonra da gündəlik marafonlara vaxt ayırıb. Bəzi günlərdə amerikalı qadın qaçış bandından istifadə etsə də, fürsət düşən kimi küçədə qaçıb. Sonda o, 95 gündə 95 marafon distansiyası qaçıb. Qadın qeyd edib ki, o, 96-cı qaçışa başlayıb, lakin səhhətində yaranan probdlemlər səbəbindən dayanmaq qərarına gəlib. Daha sonra amerikalı qadının koronavirusa yoluxduğu məlum olub.
"Həmişə deyirdim ki, tibb sisteminə lazımsız yük olmaq riski yaranan kimi qaçmağı dayandıracağam. Buna görə də, səhhətim pisləşən kimi qaçmağı dayandırdım", - deyə o bildirib.
Klark tezliklə "Ginnes. Dünya Rekordları"ndan bir mesaj alıb. Təşkilatdan bildirilib ki, o, marafon qaçışlarında ardıcıllıq sayına görə rekord qırıb.
"Mən bu rekordu qırdığım üçün fəxr edirəm, amma ümid edirəm ki, kimsə tezliklə qaçmağa başlayacaq və daha da yaxşı nəticələr əldə edəcək", - deyə amerikalı qadın bildirib.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1080 Tarix: 15 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boş şüşə bankaları təcili atın: Sağlamlığınız üçün gizli təhlükə
Bir çoxumuz şüşə bankaları təkrar istifadə etmək üçün saxlayırıq. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, düzgün saxlanılmayan və yığılıb qalan boş bankalar evdə bakteriya və kif yuvasına çevrilə bilər. xəbər verir ki, ingiltərəli ekoloji sağlamlıq mütəxəssisi Dr. Sarah Jenkins bildirir ki, şüşə öz
1 fevralToyda gəlinin uşaqlara əsəbi reaksiyası GÜNDƏM OLDU - VİDEO
Bir toy mərasimində gəlinin uşaqlara qarşı əsəbi reaksiyası sosial şəbəkələrdə gündəm olub və geniş müzakirələrə səbəb yaradıb. xəbər verir ki, yayılan görüntüdə toyda iştirak edən azyaşlıların gəlinə yaxınlaşdığı anlar əks olunub. Videoda bəyin uşaqlara mehriban və xoş münasibət göstərdiyi, onlarl
31 yanvarCeki Çan mahnı yazdırdı: ölümündən sonra yayımlanacaq
"Gözlənilməz ailə" dramının premyerasında əfsanəvi aktyor Ceki Çan gözlənilməz etiraf edib. xarici mediaya istinadla xəbər verir ki, o, öz ölümünə mənəvi olaraq necə hazırlaşdığını danışıb. O qeyd edib ki, son düşüncələrini yeni bir musiqi kompozisiyasında əks etdirib və bu bəstənin reliz
2 fevralUstalıqla park etdi, hər kəsi heyrətə saldı - VİDEO
İstanbulda bir yaşayış kompleksinin avtodayanacağında lentə alınan görüntülər sürücülərin ən böyük problemlərindən biri olan dar məkanda parklanma mövzusuna yeni baxış gətirib. türk mediasına istinadən xəbər verir ki, avtomobilini demək olar ki, mümkünsüz görünən bir boşluğa tək hərəkətlə və böyük ustalıql
3 fevralƏsgərliyə gedən gənc sevgilisindən aldığı mesajla həyatının şokunu yaşadı
Türkiyədə hərbi xidmətə yollanan gənc, sevgilisindən gələn "bitdi" mesajı ilə ayrıldığını öyrənib. türk mediasına istinadən xəbər verir ki, altı ay davam edəcək hərbi xidmətə başlayan gənc, xidmət müddətində sevgilisindən gələn mesajla münasibətlərinin sona çatdığını anlayıb. Paylaşılan yazışmalard
5 fevralRonaldonu ticarət mərkəzində görən insanlar izdiham yaradıb - VİDEO
Dünyaca məşhur futbolçu Kristiano Ronaldo Dubayda ziyarət etdiyi ticarət mərkəzində azarkeşlərin böyük marağı ilə qarşılaşıb. xarici mediaya istinadən xəbər verir ki, portuqaliyalı ulduz, qısa müddətdə ətrafını saran izdiham səbəbindən təhlükəsizlik işçiləri tərəfindən nəzarətli şəkildə mərkəzdən çıxarılıb
5 fevral