UĞURLU İNSANLAR niyə eyni paltarları geyinirlər ?
Mark Zukerberq, Stiv Cobs, Barak Obama kimi dünyanın ən uğurlu insanlarının niyə həmişə eyni paltarları geyindiyini fikirləşirsinizmi?
Müasir dövrdə insanların moda sevgisinə rəğmən, "kapsula qarderob" hərəkatı sürətlə yayılmağa başlayır. "Kapsula qarderob"un əsas təməl prinsipi, həmişə 10-15 ədəd eyni paltarı geyinməkdən ibarətdir. Bu axımı ən çox mənimsəyənlər isə daha çox siyasətçilər və uğurlu insanlardır.
Lent.az xarici KİV-ə istinadən sizə bunun maraqlı səbəblərini təqdim edir:
1. Daha əhəmiyyətli mövzularda daha yaxşı qərarlar vermək
Məsələn, ABŞ-ın eks prezident Barak Obama yalnız boz və mavi kostyum geyinir. O, bu barədə "Gördüyünüz kimi, geyindiyim kostyumlar yalnız mavi və boz rəngdədir. Qərar verməli olduğum şeylərin sayını azaltmağa çalışıram. Nə yeməyim və ya nə geyəcəyim haqqında düşünüb qərarlar vermək istəmirəm, çünki bunlar xaricində daha vacib qərarlar vermək məcburiyyətindəyəm", deyə qeyd edib.
Mark Zukerberq də oxşar səbəbi deyərək; "Səhərlər verilməyən bir mənasız qərar belə həqiqətən vacib şeylər üzərində veriləcək daha yaxşı qərarlara yol açır", deyir.
Qeyd edək ki, bir müddət öncə Mark Zukerberq qarderobunun şəklini öz şəxsi "facebook" hesabından paylaşmışdı.
2. Boşa xərclənən zamana qənaət etmək
Qənaət etməyə başlayana qədər bu tip mövzuların bizim üçün nə qədər böyük bir yük olduğunu əslində çox anlaya bilmirik. Tətbiqə başladığımız zaman isə bir anda sanki yeni bir həyata başlamış, ya da daha çox boş zamanımızın olduğunu hiss etməyə başlayırıq. Digər tərəfdən, qarderobumuzu pəhrizə oturda bilsək, sadəliyi və sadəliyin gözəlliyini kəşf etməyə başlayırıq.
3. Daha az stress
Nyu-Yorkda yaşayan bədii rəhbər Kahl, eyni paltarları geyinməyin ən böyük səbəbini özünü daha rahat hiss edə bilməsi olaraq göstərir. Bundan əlavə, "Səhər nə geyinəcəyimə qərar vermək məcburiyyətində olmadığım üçün, günün davamında stressi daha az hiss edirəm. Bu sayədə 'Bu çox rəsmidirmi? Gedəcəyim yer üçün bu paltar uyğundurmu? Geyimlər çoxmu qısadır? kimi sualları soruşma ehtiyacı duymuram"- deyə bildirib. Matilda Kahl ən çox istifadə etdiyi iki paltarı var: ipək ağ köynək və qara şalvar
4. Acgöz olmadan modaya uyğun geyinmək
New Yorkda yaşayan yazar Alice Gregory də keçən il bu axına qoşulanlardandır. Bu dəyişikliyin əslində çox ikonik olduğunu vurğulayır. Möhtəşəm görünməyin ucuz və ən asan yolunun bu olduğunu ifadə edir.
5. Gərəksiz xərclərdən azad olmaq
Orta hesabla bir Amerikan ailənin illik qarderob xərcləməsi 1700 dollardır. Qulağa çox gəlməsə də əslində ehtiyacımız olmayan çox şeyi aldığımız üçün etdiyimiz bu tip xərclər əslində gərəksizdir. 1930-cu ildə bir Amerikan qadının qarderobunda olan paltar sayı ortalama 9 idi. İndi isə hər ay üçün orta hesabla 30 paltardan bəhs edilir. Kapsula qarderobla yaşamağın ən böyük qatqısı isə insanları gərəksiz xərclərdən xilas etməkdir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3139 Tarix: 16 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aristotelin İsgəndərə dərs dediyi məktəb tapıldı - 2300 illik sirr açılır
Yunanıstanın şimalında yerləşən qədim Mieza şəhərində eramızdan əvvəl IV əsrə aid iri arxeoloji kompleks aşkarlanıb. xarici KİV-ə istinadla xəbər verir ki, kompleksin məşhur filosof Aristotelin gənc Makedoniyalı İsgəndərə dərs dediyi məktəb olduğu ehtimal edilir. Arxeoloji qazıntılar zamanı ərazidə ik
23 sentyabrBu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrHündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20 sentyabrMaqnitlə işləyən soyuducu - qazsız soyudur
Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori
22 sentyabrSinqapurda ictimai nəqliyyatda yeni qadağalar: Cərimələr 4 min dollara çatır
Sinqapur hökuməti avtobuslarda ictimai asayişin pozulmasına görə təxminən 400 dollar məbləğində cərimə tətbiq edir. xəbər verir ki, bu barədə Sinqapurun Yerüstü Nəqliyyat İdarəsinin dərc etdiyi məlumatda bildirilir. Yeni qaydalar sentyabrın 23-dən qüvvəyə minəcək. Bildirilir ki, ictimai nəqliyyatda yüksə
23 sentyabrÖldüyü bilinən qadın qəfil dirildi
Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr
22 sentyabrAlimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20 sentyabrTelefonun bu funksiyaları həyatınızı xilas edə bilər: aktiv edin
Müasir smartfonlar yalnız zəng etmək və mesaj göndərmək üçün nəzərdə tutulmayıb. Təhlükəli vəziyyətdə bu cihazlar təcili xidmətlərlə əlaqə saxlaya, istifadəçinin yerini ötürə, yaxınlarını məlumatlandıra və mümkün təhlükə barədə xəbərdarlıq edə bilər. xarici mediaya istinadla xəbər verir ki, "Popula
22 sentyabr