Azərbaycan Prezidentinin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması tarixi Zəfərimizin təsdiqidir

Azərbaycan Prezidentinin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması tarixi Zəfərimizin təsdiqidirAzərbaycan Prezidenti İlham Əliyevin Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə "Türk Dünyasının Ali Ordeni" ilə təltif olunması mühüm tarixi hadisədir. Bu, dövlətimizin başçısının böyük şəxsiyyətinə, Türk dünyasında tutduğu mövqeyə, liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında yüksək nüfuz qazanmasına, ən başlıcası isə 30 il işğal altında saxlanılan ərazilərimizin yağı tapdağından azad edilməsini və beləliklə, ərazi bütövlüyünün bərpasını reallaşdıraraq, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Zəfərin qazanılmasındakı misilsiz xidmətlərinə verilən layiqli dəyərdir.
Azərbaycanın Qarabağ Zəfəri ilə işğal altındakı torpaqlarımız düşməndən təmizlənməklə uzun illər ərzində yurd-yuvasından didərgin salınan insanların Vətən həsrətinə son qoyulub. Bu isə Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik sərkərdə fəaliyyəti nəticəsində reallaşıb. Eyni zamanda, Vətən savaşında əldə edilən parlaq Zəfərlə bölgəmizə uzanan davamlı sülh, sabitlik və əməkdaşlıq yolunun önü açılıb.
Prezident İlham Əliyev uzaqgörən siyasəti ilə Türk dünyasında böyük nüfuz əldə edib, prinsipial lider kimi şöhrət qazanıb. Qarabağ döyüşlərində Azərbaycanın tarixi Qələbəsidə ölkə rəhbərini qətiyyətli, müdrik dövlət başçısı kimi bütün dünyada tanıdıb. Türkdilli dövlət başçılarının on iki il bundan əvvəl Naxçıvan Zirvə görüşündə Prezident İlham Əliyevin dediyi sözlərdə ötən müddətdə onun qarşıya qoyduğu məqsədə doğru getdiyi yolda əzmkarlığını, uzaqgörənliyini, müdrikliyini göstərib: "Vaxtilə Azərbaycanın tarixi, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır".
44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbə ilə Prezident İlham Əliyev bütüntürkdünyasınaböyük, misilsizbirtöhfəverdi. Bölgədə sülhün, əmin-amanlığın əsası qoyuldu, Zəngəzur dəhlizinin açılmasını şərtləndirən şərait yaradıldı. Bu sülh, bu yol bütün Türk dünyasını sevindirdi.Bu sülh şəraiti, bu yol-dəhliz ilə türk dövlətləri arasında mövcud bağlılığın, əməkdaşlığın daha da möhkəmlənməsinə, daha da inkişafına zəmin yarandı.
Azərbaycan Prezidenti İlham Əliyevin "Türk Dünyasının Ali Ordeni" ilə təltif olunması məhz bu fəaliyyətinə verilən yüksək qiymətdir, Türk Şurasının Naxçıvandan başlanan inkişaf yolunda dövlətimizin başçısının fədakar əməyinin dəyərləndirilməsidir. Bu, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təşkilatın inkişafına, onun sıralarının genişlənməsinə, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə və əlaqələrinin artmasına, əgər belə demək mümkündürsə, minnətdarlıq ifadəsidir.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1043   Tarix: 16 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qərbi Azərbaycana qayıdış ərazi ıddiası deyil, insan hüququdur" - AÇIQLAMA

Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır. Bunu Ordubadda keçirilən II "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. Parlamentin sədr müavin

18 iyun
.

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarətlə bağlı Konvensiyaya qoşulub

Azərbaycan "Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulub. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. [hh4-unikal]

25 iyun
.

Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb

Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsini icra edirdi. [hh4-unikal

25 iyun
.

Prezident Lyayenlə təkbətək görüşdü - Fotolar

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Dövlət bayramı - Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularım

3 iyul
.

İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı - Rusiya Günü münasibətil

12 iyun
.

İlham Əliyev hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişikliyi təsdiqləyib

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər. "Report"a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklikləri imzalaması ilə mümkü

25 iyun
.

"Cənubi Qafqazın ortaq rifah zonasına çevrilməsi prosesi geri dönməz xarakter alıb" - AÇIQLAMA

Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesində əldə olunan irəliləyişdən məmnundur. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Lavrovla Cənubi Qafqazdakı son prosesləri d

16 iyun
.

"Silahlı Qüvvələr Günü Azərbaycan dövlətçiliyinin qüdrətinin və milli iradəsinin təntənə günüdür" - Bəhruz Quliyev

"26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü dövlətçilik tariximizin ən əlamətdar və qürurverici günlərindən biridir. Bu tarix təkcə ordumuzun yaranma günü deyil, həm də Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzminin, dövlətçilik iradəsinin və milli təhlükəsizlik strategiyasını

24 iyun