Maliyyə naziri: "Dövlət Neft Fondunun aktivlərinin artmasına zəmin yaranıb"

Maliyyə naziri: "Dövlət Neft Fondunun aktivlərinin artmasına zəmin yaranıb""Sosial-iqtisadi baxımdan kifayət qədər ağır keçən 2020-ci ildən sonra 2021-ci ildə koronavirus (COVİD-19) pandemiyasının sarsıntılarını qismən geridə qoyan ölkəmiz hazırda inamlı artım templəri nümayiş etdirir".

Sonxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, bu ilin sonunda ölkənin pandemiyadan əvvəlki Ümumi Daxili Məhsulu (ÜDM) tam bərpa olunacaq: "Bu isə 2022-ci ildə iqtisadi inkişafın, əhəmiyyətli maliyyə imkanlarının yaranacağı qənaətini möhkəmləndirir. Bu ilin 9 ayında ölkənin ÜDM-i ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 %, qeyri-nefti sektoru isə 6,2 % artıb. Xarici ticarət dövriyyəmizin dəyəri isə illik müqayisədə 30 %-ə qədər artaraq 20,1 milyard ABŞ dollarına çatıb. Nəticədə xarici ticarətdə 5,1 milyard dollarlıq müsbət saldo əldə edilib".

Nazir həmçinin bildirib ki, bu ilin 9 ayında vergi və gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları üzrə proqnoz müvafiq olaraq 20,2 % və 12,4 % artıq icra edilib. Bu isə müvafiq olaraq 1 milyard 67 milyon manat və 320 milyon manat əlavə vəsait deməkdir. Xam neftin satış qiymətinin proqnoza nisbətən əhəmiyyətli artımı hesabına dövlət büdcəsinin gəlirləri ilə yanaşı Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin də artmasına zəmin yaranıb.

9 ayda dövlət büdcəsinin kəsiri 839 milyon manat proqnozlaşsa da, faktiki olaraq 160 milyon manat qalıq yaranıb. Bu ili sonuna büdcə gəlirlərinin təsdiq olunmuş göstəriciyə nisbətən 6 % və yaxud 1,5 milyard manat çox, büdcə xərcləri isə 5% və yaxud 1,2 milyard manat az icra olunacağı proqnozlaşdırılır. Bu isə ARDNF-dən büdcəyə nəzərdə tutulan transfertin tam istifadə olunmayacağını deməyə əsas verir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1024   Tarix: 16 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

Məktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR

Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-

25 oktyabr
.

Elm sahəsinə əlavə milyonlar ayrılacaq

Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını

25 oktyabr
.

MTK-lar komendant pulunu hansı əsaslarla artırırlar? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Çoxmənzilli yaşayış binalarında sakinlərdən tələb olunan "komendant pulu"nun məbləği ilə bağlı narazılıqlar davam edir. Bir çox MTK-nın bu ödənişi mütəmadi artırması, aylıq məbləğlərin onsuz da yüksək olması və artımın hansı hesablamalara əsaslandığının aydın göstərilməməsi vətəndaşlar üçü

26 oktyabr
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26 oktyabr
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

25 oktyabr
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr
.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

25 oktyabr
.

Ağac kəsən kişinin arvadı faciəli şəkildə öldü

Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb

26 oktyabr