Şuşada şəhidlik zirvəsinə qalxan mayor

Şuşada şəhidlik zirvəsinə qalxan mayorVətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin mayoru Ələkbərov Fərid Tahir oğludur. Bu gün Fəridin şəhid olmasından 1 il ötür.
Fərid Ələkbərovun il mərasimi ilə əlaqədar şəhidin ailə üzvləri, hərbçi yoldaşları, Müdafiə Nazirliyinin nümayəndələri, Yasamal RİH rəhbərliyi və digər şəxslər İkinci Fəxri xiyabanda şəhidimizin məzarını ziyarət ediblər.
Keçirilən anım mərasimində çıxış edənlər Fərid Ələkbərovun Heydər Əliyev adına Ali Hərbi məktəbdə müəllim kimi hərbi məktəbdə fəaliyyətindən geniş söhbət açaraq, onun həm bir peşəkar hərbçi, həm də əsl pedaqoq olmaqla bütün tələbələrinin sevimlisi olduğunu bildiriblər. Çıxışlarda Fərid Ələkbərovun 2014-cü ildən Heydər Əliyev adına Hərbi Akademiyada artilleriya bölməsi üzrə baş müəllim vəzifəsində çalışaraq kapitan rütbəsindən mayor rütbəsinə qədər yüksəlib, 2018-ci ildən baş zabit vəzifəsinə təyin olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb, Fərid Ələkbərovun 44 günlük Vətən savaşında keçdiyi döyüş yolunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Mərasimdə çıxış edən şəhidin qardaşı Rüfət Ələkbərov və anası Şüküfa Hüseynova öz xatirələrini, ürək sözlərini və arzularını gənc zabitlərə çatdırıblar.
Fərid Ələkbərov döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda" , "İqidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Qeyd edək ki, Ələkbərov Fərid Tahir oğlu 18 iyul 1980-cı ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Türkiyə İstanbul Kuleli Askeri Lisesinə qəbul olunub və 2000-ci ildə təhsilini bitirib. Həmin ildə Ankara Kara Harp Okuluna daxil olub və 2004-cü ildə həmin məktəbdə təhsilini başa vurub. Bununla kifayətlənməyən Fərid Isparta şəhərində Dağ Komando Məktəbinə qəbul olunub və buranı da müvəffəqiyyətlə bitirib. 2005-ci ildə Polatlı Topçu Məktəbini fərqlənmə diplomu ilə başa vurub.
2020-ci ilin 27 sentyabrında Vətən müharibəsinə qatılıb. Murov dağının yüksəkliklərinin alınmasında iştirak edib, Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərib. 8 noyabr 2020-ci ildə Xankəndi istiqamətində gedən döyüşlərdə düşmənlə üz-üzə savaşaraq ayağından qəlpə yarası almağına baxmayaraq, döyüşü davam etdirib və düşmənin canlı qüvvəsini məhv edib bununla da taborun muhasirədən xilas olunmağında müstəsna rol oynayıb . Bu, Fəridin son döyüşü olub. Fərid Ələkbərov 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və İkinci Fəxri Xiyabanda dəfn olunub.

Şuşada şəhidlik zirvəsinə qalxan mayorŞuşada şəhidlik zirvəsinə qalxan mayorŞuşada şəhidlik zirvəsinə qalxan mayorŞuşada şəhidlik zirvəsinə qalxan mayorŞuşada şəhidlik zirvəsinə qalxan mayorŞuşada şəhidlik zirvəsinə qalxan mayorŞuşada şəhidlik zirvəsinə qalxan mayorŞuşada şəhidlik zirvəsinə qalxan mayorŞuşada şəhidlik zirvəsinə qalxan mayorŞuşada şəhidlik zirvəsinə qalxan mayor


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1606   Tarix: 16 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident: "Birinci Qarabağ müharibəsi vaxtı ordumuz faktiki olaraq quldurların əlində idi"

"O vaxt əgər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, xalqımızın, dövlətimizin taleyi çox ağır ola bilərdi. Məhz onun fəaliyyəti nəticəsində bütün mənfi meyillərə son qoyuldu, vətəndaş müharibəsinə son qoyuldu, hakimiyyətsizlik, özbaşınalıq kimi hallara son qoyuldu, ölkəmizdə sabitli

10 may
.

Bakıda iri anbar yanır: İki qurumun əməkdaşları hadisə yerində - YENİLƏNİR - VİDEO

Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması

12 may
.

Azərbaycanda tanınmış fotoqraf ÖLDÜ - FOTO

Qax rayon sakini Nəriman Zuliyev vəfat edib. -ın əldə etdiyi məlumata görə, N.Zuliyev rayonun ən tanınmış fotoqrafı hesab edilirdi. Onun hansı səbəbdən öldüyü məlum deyil

11 may
.

İlham Əliyev: Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılmışdı

Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılıb. "Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə səsləndirib. "Şuşanın işğaldan azad olunması ilə faktiki olaraq Ermənistan ordusunun beli qırılmışdı. Ermənistan silahl

10 may
.

İlham Əliyev: Azərbaycana nifrətlə yaşayan dairələr hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq

Biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq. "Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərl

10 may
.

Şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında mayın 12-14-də günün ikinci yarısında hava şəraitinin arabir yağıntılı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal

11 may
.

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur"

"Ulu öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi. Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə deyib. Dövlətimizin başçısı qey

10 may
.

Paşinyan: Azərbaycanla bərqərar edilmiş sülhü qorumaq bizim əsas məqsədimizdir

Artıq iki ildir ki, Azərbaycanla Ermənistan arasında sülh bərqərar olub və bugünkü vəzifəmiz onu möhkəmləndirməkdir. "Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə yazıb. "Biz faşizm üzərində qələbənin 81-ci ildönümünü mürəkkəb beynəlxalq şəraitd

10 may
.

Suriya WUF13-ə nümayəndə heyəti göndərəcək

Azərbaycan və Suriya Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Suriya nümayəndə heyətinin Bakıya səfərinə hazırlıq məsələlərini müzakirə ediblər. xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi məlumat yayıb. "Azərbaycanın Dəməşqdəki müvəqqəti işlə

11 may