Azərbaycan Ermənistana qarşı nə vaxt antiterror əməliyyatı keçirəcək?-AÇIQLAMA
Ermənilərin Azərbaycan postlarına hücum etməsi nəticəsində 2 hərbiçimiz yaralanıb. Bu 1 həftə ərzində artıq neçənci dəfədir ki, onlar təxribat törədirlər. Bəs düşməni susdurmaq üçün nə etməliyik? Növbəti antiterror əməliyyatı gözlənilirmi? Bu əməliyyatlara nə zaman başlaya bilərik?
Məsələ ilə bağlı Sonxeber.az-a deputat Cavid Osmanov açıqlama verib.
O bildirib ki, Azərbaycan müstəqil bir ölkədir və öz suveren ərazilərində istənilən vaxt antiterror əməliyyatları keçirə bilər:
"Son zamanlar Ermənistan tərəfindən növbəti terror aktları və təxribatlar törədilməkdədir. İstər Şuşa ətrafında, istərsə daha əvvəl Kəlbəcər istiqamətində bu hal baş verirdi. Dünən gecədən isə 4 rayon istiqamətində ermənilər davamlı şəkildə genişmiqyaslı təxribatlar törətməyə başlayıblar.
Əlbəttə ki, bütün bunlar qəbuledilməzdir və Ermənistan 44 günlük Vətən müharibəsindəki "Dəmir yumruğ"u unutmamalıdır. Görünür, bunun arxasında dayanan müəyyən məqamlar var.
İlk dəfə bu təxribat Azərbaycanın Zəfər Günündə, tarixi qələbəsinin birinci il dönümünü qeyd etdiyi ərəfədə başladı. Daha sonra Türk Dövlətləri Təşkilatının İstanbul sammitindən bir gün sonra həyata keçirildi. Görünür ki, bunların arxasında Azərbaycanın tarixi qələbəsini hələ də həzm edə bilməyən müəyyən qüvvələr dayanır. Ümumilikdə Türk Dövlətləri Təşkilatını və bu dövlətlərin daha da yaxınlaşmasını qəbul etməyən qüvvələr Ermənistanı təxribat törətməyə sövq edirlər.
Azərbaycanın öz ərazilərində, 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də genişmiqyaslı antiterror əməliyyatı keçirtmə hüququ var. Ölkəmiz istənilən vaxt antiterror əməliyyatı keçirtməyə hazırdır və qadirdir.
Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını qətiyyətlə alır və bundan sonra da alacaq. Digər tərəfdən, Ermənistan tərəfinin davamlı şəkildə təxribatlar törətməsi Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata tamamilə ziddir. Eyni zamanda, bu təxribatların qarşısının alınmasında Rusiya tərəfi də çox maraqlı olmalıdır".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR