Məşhur aktrisaya aşiq oldu, 16 il zavodda fəhlə işlədi...

Məşhur aktrisaya aşiq oldu, 16 il zavodda fəhlə işlədi...Xəbər verdiyimiz kimi, Əməkdar artist Məcnun Hacıbəyov bu gün 86 yaşında koronovirusdan vəfat edib.

Sonxeber.az Kulis.az-a istinadən mərhum aktyor haqqında maraqlı faktları təqdim edir.

Məcnun Salam oğlu Hacıbəyov 1935-ci il oktyabrın 5-də Quba rayonun II Nügədi kəndində 9 uşaqlı ailədə anadan olub. 10 illik orta məktəbi bu kənddə bitirən aktyor 1961-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə daxil olub.

Aktyor orta məktəbi bitirəndən sonra Sumqayıt şəhərindəki zavodların birində işə düzəlir. Günlərin birində işdən çıxıb şəhəri gəzərkən küçədə asılan afişaların birində Quba Dövlət Teatrının aktyorlarının tamaşa göstərəcəklərini görür. Tamaşa təqdim olunan günü bilet alıb, tamaşaya baxır. Tamaşaya baxan zaman oradakı aktyorlardan daha yaxşı obraz yaradacağına əmin olur. Sonra işdən icazə alıb Quba Dövlət Teatrının direktorunun qəbuluna gəlir. Direktorla görüş zamanı 10-cu sinfi bitirdiyini, texniki məktəb oxuduğunu və zavodda işlədiyini bildirir. İsrarla aktyor olmaq istədiyini deyir. O isə cavabında aktyora səsinin olub-olmamasını soruşur. Ondan "Bayatı-Şiraz" oxumağını istəyir. Aktyor direktorun dediyini edir. Səs onun xoşuna gəlir və onu Quba Dövlət Teatrına aktyor kimi qəbul edir.

Məcnun Hacıbəyov aktyor kimi fəaliyyətə başlayır. Lakin o dövrlər aktyora qız verilmədiyindən evlənmək ərəfəsində işdən çıxır, sevdiyi qızla ailə qurandan sonra yenidən teatrdakı işinə qayıdır.

Günlərin birində isə Milli Dram teatrının rejissoru Tofiq Kazımov Quba teatrında tamaşa qurur. Məcnun onunla bərabər gələn rəssamla dostluq edir. Sonra İzzətlə Tofiq Kazımovun yanına gedir. Tofiq Kazımovun məsləhəti ilə o, İncəsənət Universitetinə sənədlərini verir.

Sonradan Milli Dram Teatrına işə düzəlir. Lakin teatrda maaş az olduğundan 16 il zavodda gecə növbəsində fəhlə işləyir. Bunu isə aktyor böyük sirr kimi saxlayır, heç kimə heç nə demir. Aktyor müsahibələrinin birində həmin günləri belə xatırlayır:

"Onda filmlərə çəkilmək üçün kinostudiyaya getmək və hansısa rejissorun yanında gəzmək lazım idi ki, səni görsünlər, tanısınlar. Şahmar Ələkbərov məni çoxdan tanıyırdı və rejissoru olduğu "Qəzəlxan" filminə məni dəvət etdi. Filmin operatoru rus idi. Operator Şahmara sual verdi ki, bu aktyor indiyə kimi harada idi? Niyə bu aktyoru filmlərə çəkməyiblər? Şahmar dedi ki, bizdə yaramaz insanlar çoxdur, ona görə bu aktyor filmlərə çəkilmədi. Film çəkən rejissorların əksəriyyəti dostu, qohumu, tanışı olan, onlara yaltaqlanan, rüşvət verən aktyorlara üstünlük verirdilər. Bu səbəblərdən mən filmlərə demək olar ki, çəkilmədim. Rüşvət verib filmə çəkilirdilər. Rejissor aktyora çatacaq məbləğin yarısını və ya üçdə birini özünə götürürdü. Çünki bu, əvvəldən aktyorla razılaşdırılırdı".

Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib. O, yalnız "Solğun çiçəklər" tamaşında Əbdül rolunu oynamadığı üçün heyfsilənib.

1999-cu ilin 13 iyulunu həyatının ən ağrılı günlərindən biri kimi xatırlayır. Həmin gün aktyorun ömür gün yoldaşı Zahidə xanım 57 yaşında faciəli şəkildə dünyasını dəyişib.

Aktyor tamaşaçıların yaddaşında daha çox "Qatarda" televiziya tamaşasındakı Fatı və "Yarımştat" tamaşasındakı Murtuz kimi qalıb.

Məcnun Hacıbəyov vaxtilə Zərnigar Ağakişiyevanı dəlicəsinə sevib. Zərnigar xanımın ölüm xəbərini eşidəndə aktyor çox məyus olub. Sevdiyi qadının evdə tənha şəkildə ölməsi xəbərini alan aktyor göz yaşını saxlaya bilməyib:

"Can, can Zərnigar! Sənə qurban olum... Axı niyə belə etdin? Zərnigarla bir kənddənəm, onu məndən yaxşı kimsə tanıya bilməz. Yazığın heç kimi yoxdur. Tənha bir qadın... Anası da çoxdan rəhmətə gedib. Ailə qurmadı... Mənim onu sevməyim isə uzun söhbətdir. O, xəstəxanada olanda hər gün yanına gedib, baş çəkərdim. Saatlarla dərdləşərdik. Çox heyf, ayaqlarım işləmir, gəzə bilmirəm. Mənim dilimdən ona başsağlığı verin. Deyin ki, məni bağışla, Zərnigar, Məcnun sənin dəfninə gələ bilməyəcək".

Əməkdar artist Məcnun Hacıbəyovun Ceyhun və Pərviz adında 2 oğlu, Zülfiyyə adında 1 qızı, 7 nəvəsi və 3 nəticəsi var.

Aktyora Xalq artisti adı verilməyib. Bu barədə ona sual verəndə deyir:

"Deməli, mən buna layiqəm. Sadəcə olaraq vermirlər. Canları sağ olsun. Bir dəfə bir neçə deputat mənim barəmdə Mədəniyyət naziri Əbülfəs Qarayevə danışıblar. Əbülfəs Qarayev də məni tanımadığını deyib. Bəlkə də, Əbülfəs Qarayev həmin dövrdə teatrın nə olduğunu bilmirmiş. Mən isə həmin dövrdə qocaman aktyorlarla işləmişəm. O, 1970-1980-ci illərdə cavan oğlan olub, bəlkə də heç teatrla maraqlanmırmış. Yəqin buna görə də məni tanımır".

Həyat yoldaşının vəfatından sonra evini satıb övladları üçün ev alır. Özü isə kəndə qayıtmaq istəyir. Həmin vaxt vəziyyəti Akademik Milli Dram Teatrının direktoru Həsənağa Turabova izah edir. O, aktyora ev alacağına söz verib, teatrdan getməməsini xahiş edir. Bundan sonra Turabov teatrın binasında bir otağı boşaltdırıb, içərisini təmir etdirib Məcnun Hacıbəyova verir.

Aktyorun həyat yoldaşı rəhmətə gedəndən sonra bir xanımla münasibəti varmış. Bir gün Turabov ona deyir ki, onsuz da hamımız bilirik, arada gəlsin yeməyinə, paltarının yuyulmasına köməklik etsin. Beləcə aktyor bir müddət teatrdakı işinə davam edir. Ancaq Turabov direktor vəzifəsindən azad olunandan sonra onun yerinə gələn Əliabbas Qədirov, elə ilk gündən ona teatrdakı otağı tərk etməyi tapşırır. Məcnun Hacıbəyov ərizə yazaraq teatrdan çıxır və kəndə köçür. Lakin bir müddət sonra Əliabbas Qədirov onu yenidən teatra çağırır. Dörd il təkrar orada yaşayan və işləyən aktyor təqaüdə çıxandan sonra ikinci və sonuncu dəfə doğma teatrından uzaqlaşır.

Müsahibələrinin birində deyir:

"Biz hələ dilənçi gününə düşməmişik, amma düşə bilərik. İsrafil İsrafilov teatra direktor təyin olunduqdan sonra məni yanına çağırtdırdı. Bildirdi ki, 40 illik fəaliyyətimlə bağlı mənə teatrın büdcəsindən aylıq 200 manat pul veriləcək. Çox sağ olsun, sənətimə qiymət verdi. Azərpaşa Nemətov isə direktor təyin olunanda həmin mükafatı dayandırdı. Teatr büdcəsinin az olmasını əsas gətirdi".

Aktyorun bir müddət əvvəl də ölüm xəbəri yayılıb. Məcnun Hacıbyov bu gün doğma kəndində, Quba rayonunun İkinci Nügədi kənd qəbiristanlığında torpağa tapşırılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2285   Tarix: 17 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

Məktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR

Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-

25 oktyabr
.

Elm sahəsinə əlavə milyonlar ayrılacaq

Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını

25 oktyabr
.

MTK-lar komendant pulunu hansı əsaslarla artırırlar? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Çoxmənzilli yaşayış binalarında sakinlərdən tələb olunan "komendant pulu"nun məbləği ilə bağlı narazılıqlar davam edir. Bir çox MTK-nın bu ödənişi mütəmadi artırması, aylıq məbləğlərin onsuz da yüksək olması və artımın hansı hesablamalara əsaslandığının aydın göstərilməməsi vətəndaşlar üçü

26 oktyabr
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26 oktyabr
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

25 oktyabr
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr
.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

25 oktyabr
.

Ağac kəsən kişinin arvadı faciəli şəkildə öldü

Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb

26 oktyabr