"ATƏT-in Minsk qrupundan Bakıya ya da İrəvana yazacaqlar ki...."

"ATƏT-in Minsk qrupundan Bakıya ya da İrəvana yazacaqlar ki...."Xəbər verdiyimiz kimi, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu yeddi şəhid verib.

Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Sonxeber.az-a açıqlama verib.

O, Müdafiə Nazirliyinin siyahını təqdim eddiyini qeyd edərək təəssüfünü bildirib::

"Təəssüf ki, 7 şəhidimiz var. Onlar arasında zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçu, o cümlədən əsgərlərimiz də var, 10 nəfər əsgərimiz isə yaralanıb. Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Bu, çox böyük faciədir. Övladlarımız ermənilərin vəhşilikləri nəticəsində həyatlarını itiriblər. Söz tapmaq çətindir. Bizim balalarımız bu acını yaşamamalı idi. Amma ermənilər bunu bizə yaşatdılar. Nə demək olar? Müharibə itkisiz olmur. Müdafiə Nazirliyi də ölənlərin ailələrinə başsağlığı verib. Təsəllimiz odur ki, o uşaqlar xidməti borclarını yerinə yetirərkən, Vətən uğrunda həyatlarını itiriblər".

Ekspert Rusiya və Fransa kimi ölkələri da doğru siyasət seçməyə səsləyib:

"Nəhayət ki, Rusiya və Fransa öz vicdanını, şərəfini qarşısına qoyub, erməniləri ram etsinlər, başa salsınlar ki, belə davam edə bilməz! Məhz onların səhlənkarlığı və məsələləri həll etməməsi nəticəsində bu hadisələr baş verir.

Sözsüz ki, baş vermiş faciə ilə əlaqədər cinayət işi açılacaq. Amma bu, valideynlərin yarasına məlhəm olmayacaq. Biz hər dəfə erməni təxribatları ilə bağlı lazımi işlər aparırıq. Lakin zərbə ailələrə, vətəndaşlara artıq dəymiş olur.

Erməninin neçəsi cinayətə cəlb olunub. Bunlar heç vaxt məsuliyyətli olmayıblar və olmayacaqlar. Onlarda vicdan hissi yoxdur! Erməniləri birdəfəlik "yerində otuzdurmaq" lazımdır. Onlar başa düşsünlər ki, bundan sonra onların cəzaları ən sərt formada olacaq!

Rusiya guya tərəfləri barışdırıb görüşdürmək üçün prosesə qarışıb. Kimə lazımdır axı?

ATƏT-in Minsk qrupunun istədiyi qan tökülməsi idi, o da töküldü. Onlar bu gün yenidən "peyda olacaqlar", ya Bakıya ya da İrəvana yazacaqlar ki, "dərin hüzn və sarsıntı" keçirirlər. Amma bu vicdansız, şərəfsizlərə demək lazımdır ki, əgər siz vəzifə borclarınızı layiqli şəkildə yerinə yetirsəydiniz, erməni belə azğınlıq eləməzdi!

Erməniyə öz vandallığını davam etməsi üçün kifayət qədər şərait yaratdılar.

Baş vermiş hadisə bir daha bunu deməyə əsas verir ki, biz bəzi məsələlərdə həddindən artıq çox humanistlik nümayiş etdiririk. Erməniyə qarşı heç bir humanistlik olmamalıdır! Onların bizim ərazidə keçirtdiyi bu vəhşilik cavabsız qalmamalıdır! Sözsüz ki, cavabsız qalmır. Amma görün, bizim əsgərlərə qarşı hansı vəhşilik həyata keçirilib ki, zabitimiz, gizirimiz, müddətdən artıq hərbi qulluqçumuz da həyatını itirib".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3753   Tarix: 17 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr