Azərbaycan niyə antiterror əməliyyatı keçirmir? - AÇIQLAMA
Dünən 7 Şəhidimizin olması ilə bağlı xəbər vermişdik. Baxmayaraq ki, müharibə bir ildir ki, bitib, terrorçu ermənilər yenə də öz vəhşiliklərindən əl çəkmirlər. Bəs belə olan halda antiterror əməliyyatı keçiriləcəkmi?
Məsələ ilə bağlı Sonxeber.az-a deputat Ceyhun Məmmədov açıqlama verib.
O bildirib ki, Azərbaycanın hazırkı reaksiyası adekvatdır:
"Biz nəzərə almalıyıq ki, Ermənistanın bu addımlarının arxasında bir sıra məqsədlər durur. Yəni Ermənistan konkret müəyyən məqsədlərə nail olmaq üçün dünya ictimaiyyətinin fikrini yenidən bu prosesə yönləndirməyə çalışır.
Dünəndən beynəlxalq mətbuatı izləyirəm. Hiss olunur ki, ermənilər beynəlxalq qurumların, xarici dövlətlərin fikrini bu məsələyə cəlb etmək üçün əvvəlcədən hazırlaşıblar. Bununla onlar Zəngəzur dəhlizinin açılmasına müəyyən maneçilik törətməyə və məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışırlar".
Azərbaycanın antiterror əməliyyatları keçirməməsinin səbəbini açıqlayan deputat bunları deyib:
"Düşünürəm ki, bizim hazırda atdığımız addımlar adekvatdır. Biz prosesə təmkinlə, soyuqqanlı reaksiya verməliyik.
Bilirsiniz ki, itki tək bizim tərəfimizdən deyil, Ermənistan tərəfindən də müəyyən itkilər olub. Əlbəttə, Vətən oğullarının Şəhid olmasına görə çox heyfslənirik. Amma belə həssas dönəmdə nəzərə almalıyıq ki, bu kimi təxribatlar olacaq. Bizim reaksiyamız adekvat olmalıdır. Qərarlarımızı səbirlə qəbul etməliyik.
Daha sərt addımların atılmasına gəldikdə isə, əgər ehtiyac yaranarsa, biz bunu edəcəyik. Azərbaycanın dünənki cavabı kifayət qədər sərt və radikal idi. Ermənistan tərəfinin itkiləti daha çoxdur. Səbirli olaq. Zamanla bütün məsələlər öz həllini tapacaq".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR