Ceyhun Bayramovdan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
"Zəngəzur dəhlizinin açılması həm də Türkiyə ilə Azərbaycan arasında birbaşa əlaqənin yaradılması deməkdir".
Bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "Anadolu" agentliyinə açıqlamasında bildirib.
"İmzalanmış müqavilənin tam icrasına da çox müsbət yanaşırıq. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması da çox önəmlidir.
Üçtərəfli Bəyanata əsasən, Azərbaycanın qərbi ilə Naxçıvan arasında yol açılacaq. Bu, ölkələrimiz üçün çox vacibdir. Bu yolun açılması ilə Türkiyə və Azərbaycan əlavə üstünlüklər qazanacaq. Türkiyə vasitəsilə Avropa bazarına çıxmaq imkanımız olacaq. Eynilə Türkiyənin də Azərbaycan vasitəsilə Orta Asiyaya çıxmaq imkanı olacaq və bu, Türkiyə üçün yeni imkanlar yaradacaq.
Bu, həm Ermənistanın, həm də digər region ölkələrinin xeyrinə olan layihədir. Biz Ermənistanın bunu başa düşəcəyini və çox konstruktiv addımlar atacağını gözləyirik", - deyə o qeyd edib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 3059 Tarix: 17 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident İlham Əliyev müşavirə keçirdi
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki
22 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabr