Məhkəmə Əli Həsənovun nəvəsinin əmlakına həbs qoydu - TƏFƏRRÜAT
Bu barədə Bizim.Media-ya türk iş adamı Mütallib Tekiş məlumat verib.
O, bildirib ki, Baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin 2017-ci il avqustun 3-də Heydər Əliyev prospektində törətdiyi ağır qəzadan zərərçəkmişlərə təzminat ödəməkdən imtina etdiyinə görə, noyabrın 16-da Apelyasiya Məhkəməsində Nail Allahverdiyevin mal varlığına həbs qoyulub.
Tekişin sözlərinə görə, qəzadan sonra həm özü, həm də həyat yoldaşı Söngül xanım çox ağrılı günlər yaşayıblar. Şikayətçi bildirib ki, iki ilə yaxındır gedən məhkəmə proseslərində onların tələbləri qismən təmin edilib. Lakin Tekiş ailəsinin Nərimanov Rayon məhkəməsində qaldırdığı vəsait qismən təmin edildiyi və Əli Həsənovun onlara vəd etdiyi təzminatı həyat yoldaşının 1 il 5 aylıq müalicə puluna hesablanaraq, məhkəmə Həsənovu bütün öhdəliklərdən azad etmək barədə qərar çıxarıb. Məhkəmənin bu qərarından razı qalmayan Mütallib Tekiş Apelyasiya məhkəməsinə şikayət edib.
Noyabrın 16-da keçirilən prosesdə isə Nail Allahverdiyevin zərərçəkənlərə təzminat ödəməkdən boyun qaçırdığı üçün mal varlığına həbs qoyulub.
Belə ki, Tekiş cütlüyünə dəymiş ziyanı ödəmək qarşılığında şikayət etməməkləri haqqında saziş imzalayan Həsənov ailəsi, bir müddət onların müalicəsini ödədikdən sonra məsuliyyətdən boyun qaçırıb. Bundan sonra ailə məhkəməyə təkrar müraciət etməli olub.
Mütallib Tekiş bildirib ki, məhkəmə son qərarını noyabrın 23-də keçirilən prosesdə verəcək:
"Noyabrın 23-də keçirilən prosesdə hakim yekun qərarı elan edəcək. Qarşı tərəf verilən qərardan heç məmnun deyil. Həsənovlar ailəsinin vəkili Muxtar Musayev çıxışlarında hər zaman olduğu kimi aqressiv idi. Hətta hakim ona bu barədə xəbərdarlıq da edib. Noyabrın 8-də biz həyat yoldaşımın müalicəsinin uzun müddət davam edəcəyi barədə arayışı məhkəməyə təqdim etmişik və bununla bağlı qərarı səbrsizliklə gözləyirik".
Sonda Mütallib Tekiş bildirib ki, Apelyasiya məhkəməsinin qərarı onları qane etməsə, Ali Məhkəməyə müraciət edəcək.
Lazım gəlsə, haqlarını təmin etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcəklər:ünki yoldaşımın səhhətində çox ciddi problem var, mütləq müalicə alıb və mütəmadi fizeoterapiya olmalıdır. O, bu qəzadan sonra 80% əlil olub".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3803 Tarix: 19 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo
25 oktyabrAzərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır
25 oktyabrPeşə təhsili müəssisələrində yüzlərlə vakansiya niyə boş qalıb? - AÇIQLAMA
Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştatın boş qalması bu sahədə kadr təminatı, əməkhaqqı və tədrisin keyfiyyəti ilə bağlı məsələləri gündəmə gətirir. Vakansiyaların uzun müddət doldurulmaması həm tədris prosesinə, həm də əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanmasın
26 oktyabrAzərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini
25 oktyabrGüzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?
Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy
26 oktyabrPensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə
25 oktyabrElm sahəsinə əlavə milyonlar ayrılacaq
Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını
25 oktyabr