Gecə yarısı gizlicə vətəndaşların mülklərini dağıtdılar: Bakıda ŞOK OLAY - VİDEO
Noyabrın 18-dən 19-a keçən gecə Nəsimi rayonu Nəsibbəy Yusifbəyli 48 ünvanında vətəndaşa məxsus 150 kvadratmetrlik qeyri-yaşayış sahəsində söküntü işləri aparılıb.
Publika.az-a daxil olan şikayət məktubunda zərərçəkən Qoşqar Əliyev bildirib ki, ona məxsus olan qeyri-yaşayış sahəsində söküntü işləri qeyri-qanuni olaraq aparılıb. Hadisəni yerində araşdırmaq üçün adıçəkilən ünvana yollandıq.
Qoşqar Əliyevə məxsus qeyri-yaşayış sahəsinin arxa hissəsində söküntü işlərinin aparılmasını müşahidə etdik. Tikilinin arxa hissəsinin divarı tamamilə dağılmış formada idi. Qapı və pəncərələr sındırılmışdı. Söküntü qalıqları ətrafa səpələnmişdi.
Qoşqar Əliyev bildirdi ki, qeyri-yaşayış sahəsi çoxdur, təxminən 150 kvadratmetr sahəyə zərər dəyib: "Hadisə bu gecə baş verib. Biz də söküntünü bu səhər buraya gələndə gördük. Bizə səhər saat 9-da məlumat verdilər. Sırağa gün də giriş hissəyə zərər vurmuşdular. Dedilər ki, bərpa edəcəyik, dünən də yarısını bərpa etmişdilər. Bu gecə isə tikilinin pəncərələrini, qapısını, divarını uçurublar. Divar tamamilə dağıdılıb".
Zərərçəkənin sözlərinə görə, söküntünü aparan "Marin Group" şirkətinin əməkdaşları olub:
"Sağ tərəfimizdə yaşayış binası tikirlər. 102-yə zəng vurmuşuq, polis gəlib. Ərizə ilə müraciət etmişik. Qarşı tərəf burada "reketlik" edir, heç nəyə məhəl qoymurlar. Konkret olaraq şirkətin mühafizəçiləri qoçu dəstələridir. Vətəndaşın evinə gələnlərə də mane olurlar. Qarşı tərəfdəki tikintinin sahibi Bahadur və Azad adında adamlardır, bir neçə dəfə bizimlə əlaqəyə çıxıblar. Buranı almaq istəyiblər. Biz də satmamışıq. Onlar da burada yaşayış binası tikirlər. Bura bizim qanuni mülkümüzdür. Çıxarışı da var. Dəymiş ziyan hələ ki, hesablanmayıb. Bəlkə də 10 min manatdan çox ziyan dəyib. Paylı mülkiyyətdir, qeyri-yaşayış sahəsidir, 3 nəfərin əlində "kupça"sı var. Xahiş edirik, aidiyyəti qurumlar səsimizə səs versinlər, məsələ araşdırılsın və ölçü götürülsün".
Qoşqar Əliyevin iddiaları ilə bağlı qarşı tərəfdən münasibət öyrənmək istəsək də, cəhdlərimiz baş tutmadı. Qarşı tərəf hətta bizim ərazidə çəkiliş aparmaq cəhdlərimizi hər vəchlə məhdudlaşdırmağa çalışırdı.








Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2865 Tarix: 19 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo
25 oktyabrAzərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır
25 oktyabrPeşə təhsili müəssisələrində yüzlərlə vakansiya niyə boş qalıb? - AÇIQLAMA
Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştatın boş qalması bu sahədə kadr təminatı, əməkhaqqı və tədrisin keyfiyyəti ilə bağlı məsələləri gündəmə gətirir. Vakansiyaların uzun müddət doldurulmaması həm tədris prosesinə, həm də əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanmasın
26 oktyabrAzərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini
25 oktyabrGüzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?
Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy
26 oktyabrPensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə
25 oktyabrElm sahəsinə əlavə milyonlar ayrılacaq
Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını
25 oktyabr