DİN-dən mina təhlükəsi ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyi azad olunmuş ərazilərdə mina təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Facebook" hesabında paylaşım edib:
"Bütün cəmiyyətə - jurnalistlərə, blogerlərə, ictimai fikir adamlarına səslənirik: Biz birlikdə güclüyük, biz birlikdə məsuliyyətliyik!
Müharibə qalıqları təhlükə mənbəyi olaraq qalmaqdadır. Bu risklərdən necə qorunaq, çıxış yolu varmı? Əlbəttə var. Onun adı məsuliyyətdir. Təhlükəsizlik qaydalarına əməl edilməlidir.
Bələd olmadığımız yerlərdə, xüsusilə işğaldan azad edilən bölgələrdə və ona yaxın ərazilərdə hər birimiz diqqətli və məsuliyyətli olmalıyıq.
Bu gün Goranboy rayonunda bir nəfər heç vaxt işğal altında olmayan ərazidə sel sularının örüş sahəsinə gətirdiyi minanın partlaması nəticəsində sağlamlığını itirib. Diqqətli olsaydı, şübhə doğuran həmin əşya ilə bağlı müvafiq qurumları məlumatlandırsaydı, bu hadisə baş verməyəcəkdi.
Hər birimiz şübhə doğuran əşya gördükdə dərhal məlumat verməklə, özümüzlə yanaşı, digər şəxslərin həyat və sağlamlığını xilas edə bilərik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 714 Tarix: 20 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama: "Bizim deyildi"
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib. xəbər verir ki, o, Sünik vilayətinin Kornidzor kəndində sakinlərlə görüşü zamanı Qarabağ məsələsinə toxunub. Paşinyan ermənilərin "Qarabağda torpaq itirilməsi" ilə bağlı iddialarına münasibət bildirərkə
10 maySabah 30 dərəcə isti olacaq
Mayın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18 isti, gündüz 25-2
11 mayGəncədə 16 yaşlı oğlanın meyiti tapıldı
Gəncədə 16 yaşlı yeniyetmənin meyiti tapılıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Bağbanlar küçəsində qeydə alınıb. 16 yaşlı Davud Qulizadənin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir. Faktla bağlı Gəncə şəhər prokurorluğund
11 mayHeydər Əliyev zirvəsinə yürüş təşkil olunub - FOTO
Ulu öndər Heydər Əliyevin 103-cü doğum günü münasibətilə Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub. xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Alpinizm Federasiyası tərəfindən həyata keçirilib. Yürüş iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqay
10 may