Bakıda "Yaşıl Marafon" aksiyası: İki mindən çox ağac əkildi - FOTO
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" kampaniyası çərçivəsində növbəti genişmiqyaslı ağacəkmə aksiyaları bu gün Bakının Xocasən və Müşfiqabad qəsəbələrində və bütün bölgələrdə keçirilib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ekologiya və Təbii Sərvətlər və Təhsil nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin rəsmilərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin və tələbələrin iştirakı ilə Xocasən qəsəbəsində keçirilən ağacəkmə zamanı Abşeron yarımadasının iqliminə uyğun 2000-dən çox müxtəlif cinsli ağac əkilib.
Qeyd edək ki, "Yaşıl Marafon" kampaniyası çərçivəsində keçirilən ağacəkmə tədbirlərində dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının, könüllülərin, ictimaiyyət nümayəndələrinin, təbiətsevərlərin böyük coşqu ilə iştirak etməsi ətraf mühitin qorunması, yaşıllıqların artırılması ilə yanaşı, istilik effekti yaradan qaz tullantılarının azaldılmasına töhfə verir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi builki payız ağacəkmə aksiyalarına da böyük ruh yüksəkliyi ilə qoşularaq dəstək olan media və ictimaiyyət nümayəndələrinə və bütün tərəfdaşlarına təşəkkürünü bildirir.






Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nəriman Axundzadə ABŞ-da darmadağına şahid oldu
Yastıq üzlərini neçə gündən bir dəyişdirmək lazımdır?
İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ
Şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
Qaraciyəri təbii yolla təmizləyən ƏSAS QİDALAR
Restoranlardakı kimi dadlı kartof qızartmaq hiyləsi
Emin Əmrullayevdən kiçik məktəblərin birləşməsi ilə bağlı AÇIQLAMA
Bu şəxslərə qayğanaq yemək OLMAZ
Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ
Güclü külək əsəcək
Azərbaycanda tanınmış fotoqraf ÖLDÜ - FOTO
Messi futbolda ilk dəfə varisini AÇIQLADI
Alyona Əliyeva Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib - FOTO