Saxta kriptovalyuta satan qadından XƏBƏR VAR
Azərbaycanda saxta kriptovalyuta satmaqda şübhəli bilinərək saxlanılan dəstə üzvlərindən biri Gülara Abdullayeva barəsində istintaq müddətində başqa yerə getməmək haqqında iltizam qərarı verilib.
"Report"un əldə etdiyi məlumata görə, həmin şəxs barəsində Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq və əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, başqa yerə getməmək barədə iltizam tədbiri cinayət prosesini həyata keçirən orqanın sərəncamında olmaq, həmin orqanın icazəsi olmadan başqa yerə getməmək, istintaqdan gizlənməmək, cinayətkar fəaliyyətlə məşğul olmamaq, təhqiqata, istintaqa və məhkəmə baxışına maneçilik törətməmək, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gəlmək və yaşayış yerini dəyişmək haqqında istintaqı aparan orqana məlumat vermək barədə yazılı öhdəlik götürmək deməkdir.
İltizamda göstərilən şərtlər pozulduğu halda həmin şəxs barəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq, daha ciddi qətimkan tədbiri tətbiq edilə bilər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir qrup şəxsin investisiya şirkəti adı altında şəbəkə biznesi yaradaraq çoxsaylı vətəndaşları aldatmaları və pullarını ələ keçirmələri barədə əməliyyat məlumatları daxil olub. Baş İdarə əməkdaşlarının Azərbaycan Mərkəzi Bankının mütəxəssislərinin iştirakı ilə apardıqları araşdırmalar zamanı müəyyən olunub ki, Bakı şəhər sakinləri - G.Abdullayeva, Xəyal Yaxyayev və qeyriləri ölkə daxilində "İnsuccess" adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıblar. Daha sonra onlar "OCOS" beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsi ilə sosial şəbəkələrdə piarını həyata keçirməklə geniş yayılmasını təşkil ediblər.
Bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsi ilə əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə adı çəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta satıblar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2477 Tarix: 22 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
25 oktyabrSovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose
25 oktyabrGüzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?
Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy
26 oktyabrƏt bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın
25 oktyabrBakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə
26 oktyabrMəktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?
Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını
26 oktyabrTəcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların
25 oktyabr