Bu evlər satılarkən vergiyə cəlb edilməyəcək
Fiziki şəxsin yalnız 1 yaşayış sahəsi olduqda və həmin yaşayış sahəsi üzrə qeydiyyatı təsdiq edən sənədi olmamasına baxmayaraq, həmin yaşayış sahəsində azı 3 təqvim ili ərzində yaşamasını təsdiq edən sənədlər (kommunal təşkilatların arayışları) olduğu halda, onun sadələşdirilmiş vergiyə cəlb edilməməsi nəzərdə tutulur.
Sonxeber.az Trend-ə istinadən bildirir ki, bu barədə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Layihədə fiziki şəxslər tərəfindən əmlak təqdim edilməsi zamanı bir sıra obyektiv halların nəzərə alınması (mülkiyyəti təsdiq edən sənədlərin gec verilməsi, sökülən binaların əvəzinə vətəndaşlara yeni mənzilin verilməsi) təklif edilir:
"Mövcud vergi qanunvericiliyinə əsasən, fiziki şəxsin azı 3 təqvim ili üzrə yaşayış yeri üzrə qeydiyyatda olduğu mənzilin satılması notariuslar tərəfindən ödəmə mənbəyində tutulan vergidən azaddır. Lakin bir sıra hallarda vətəndaşlar yalnız 1 yaşayış sahəsinə sahib olmasına və həmin yaşayış sahəsində uzun müddət yaşamasına baxmayaraq, müvafiq binalar üzrə sənədləşmənin olmaması səbəbindən yaşayış yeri üzrə qeydiyyata düşə bilmirlər. Bu zaman belə vətəndaşlar həmin yaşayış sahələrini satarkən yaşayış yeri üzrə 3 təqvim ilini əhatə edən qeydiyyat tələbi ödənilmədiyinə görə notariusda müqavilə təsdiq olunarkən onlardan vergi tutulurdu ki, bu da sosial ədalətlilik prinsipi ilə ziddiyyət təşkil edirdi. Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklərə əsasən, fiziki şəxsin yalnız 1 yaşayış sahəsi olduqda və həmin yaşayış sahəsi üzrə qeydiyyatı təsdiq edən sənədi olmamasına baxmayaraq, həmin yaşayış sahəsində azı 3 təqvim ili ərzində yaşamasını təsdiq edən sənədlər (kommunal təşkilatların arayışları) olduğu halda, onun sadələşdirilmiş vergiyə cəlb edilməməsi nəzərdə tutulur", - məlumatda qeyd edilir.
Əlavə olaraq, mənzil satışı zamanı vergilər hesablanarkən bir sıra obyektiv halların nəzərə alınmasının davamı kimi, layihədə sökülmüş evlərin əvəzində fiziki şəxslərə yeni tikilmiş binadan mənzillər verilərkən tikilmiş binanın ünvanı fərqli olduğu halda, fiziki şəxsin sökülmüş evdə azı 3 il müddətində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatı olduğu halda, fiziki şəxsin sökülmüş yaşayış sahəsi həddində (artıq sahə verildiyi halda sökülmüş yaşayış sahəsinin 20 faizi həddində) yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında sadələşdirilmiş vergiyə cəlb edilməməsi təklif olunan dəyişikliklər sırasındadır.
Qeyd edək ki, dəyişikliklər paketi artıq Milli Məclisə təqdim olunub. Qanunvericiliyə təklif edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətləri əhatə edir.
Qanun layihəsi ilə bağlı müzakirələr davam edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
"Anamla atam ailə qurmağımı istəyir"
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəs Həsənov küçəsində qanunsuz tikinti aparılır - ARAŞDIRMA
Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
"WhatsApp"da hamının xoşuna gələcək iki YENİLİK - ARTIQ BELƏ OLACAQ...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI