Bakıda evdən 15 min manatlıq oğurluq edən şəxs tutulub
Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində rayon ərazisində yerləşən evlərdən birindən dəyəri 15 min manat olan qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Vüsal Rzayev tutularaq istintaqa təqdim edilib.
Araşdırma zamanı onun qızıl-zinət əşyalarını dəyər-dəyməzinə, yəni 6 000 manata sataraq şəxsi ehtiyacları üçün xərclədiyi məlum olub.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində silsilə oğurluqlar edən əvvəllər məhkum olunmuş Orxan Hüseynov saxlanılıb.
Onun Yeni Yasamal ərazisində yeni tikilməkdə olan binalarda usta işləyən şəxslərin təmir-tikinti alətlərini, həmçinin qeyd edilən ərazidə yerləşən mağazalardan birindən pul və tütün məmulatları oğurladığı məlum olub.
Qeyd edilən faktlarla bağlı Vüsal Rzayev və Orxan Hüseynov barəsində Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
"Vüsal Rzayev və Orxan Hüseynovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə, eləcə də Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər", - məlumatda qeyd edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1023 Tarix: 22 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
25 oktyabrSovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose
25 oktyabrGüzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?
Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy
26 oktyabrƏt bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın
25 oktyabrBakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə
26 oktyabrMəktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?
Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını
26 oktyabrTəcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların
25 oktyabr