Ədliyyə işçiləri peşə bayramlarını qeyd ediblər

Ədliyyə işçiləri peşə bayramlarını qeyd ediblərÜmummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü ədliyyə orqanlarında və məhkəmələrdə böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.

Rezonans.az xəbər verir ki, bayramla əlaqədar nazirlikdə və struktur qurumlarda silsilə tədbirlər təşkil edilib, o cümlədən ənənəvi olaraq ədliyyə veteranlarına, habelə Vətən müharibəsində yaxın ailə üzvü şəhid olmuş və yaralanmış əməkdaşların ailələrinə baş çəkilib, ədliyyə işçiləri və hakimlər tərəfindən YAŞAT və Qarabağ Dirçəliş fondlarına 600 min manatdan çox könüllü ianələr edilib. Həmçinin, ağacəkmə və qanvermə aksiyaları keçirilib, xalqımızın Vətən müharibəsində zəfər yürüşünə, Azərbaycan ədliyyəsinin şanlı tarixinə və inkişaf dövrlərinə nəzər salınaraq mətbuatda silsilə çıxışlar edilib, nazirliyin internet və sosial media səhifələrində çoxsaylı məlumatlar paylaşılıb.

Peşə bayramı ilə əlaqədar ədliyyə naziri Fikrət Məmmədov və nazirliyin rəhbər heyəti Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Akademik Zərifə xanım Əliyevanın məzarı önünə tər çiçəklər düzülüb, Şəhidlər xiyabanında qəhrəman övladlarımızın əziz xatirəsi anılıb.
Noyabrın 22-də Ədliyyə Nazirliyində xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla təntənəli mərasim keçirilib. Tədbirdən əvvəl əbədiyaşar liderimizin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulub.

Tədbirdə nazirliyin rəhbər heyəti, ailə üzvü Vətən müharibəsində mərdlik və rəşadət göstərərək şəhid olmuş, həmçinin işğaldan azad edilmış Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təmsilçiləri olan ədliyyə veteranları və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.
Mərasimdə ədliyyə işçilərinin builki peşə bayramının müstəqilliyimizin bərpasının 30-cu və Vətən müharibəsində qələbəmizin birinci ildönümləri ilə xüsusilə əlamətdar olduğu qeyd edilərək xalqımızın zəfər salnaməsindən və Azərbaycan ədliyyəsinin keçdiyi yoldan bəhs olunub, bayram münasibətilə hazırlanmış "Zəfərdən ilhamlanıb, "Dəmir yumruqdan" güc alırıq" adlı film nümayiş etdirilib.

Nazir çıxış edərək ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq zəfərin ildönümü və peşə bayramı münasibətilə kollektivi təbrik edib, ümummilli lider Heydər Əliyevin müstəqilliyinə əbədi həyat verdiyi müasir Azərbaycan dövlətinin möhtərəm Prezidentimizin rəhbərliyi ilə hərtərəfli inkişaf yolu keçdiyini, son 18 ildə həyata keçirilən uzaqgörən və düşünülmüş siyasətin, ölkəmizin sosial-iqtisadi cəhətdən güclənməsi üzrə görülən davamlı işlərin məntiqi nəticəsi olaraq Vətənimizin ərazi bütövlüyünün təmin edildiyini vurğulayıb.

Bildirib ki, Ulu Öndərin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirən dövlətimizin başçısı Qarabağı və digər ərazilərimizi azad etməklə 30 ildir öz doğma ocaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyən soydaşlarımızın yurd həsrətinə son qoymaqla yanaşı, bölgədə davamlı sülhə, sabitliyə və əməkdaşlığa nail olmaq üçün yeni reallıqlar, imkanlar yaradıb. Bu gün cənab Prezidentin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəcib təşəbbüsləri və fəal iştirakı ilə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri nəticəsində doğma torpaqlarımız göz önündə yenidən dirçəlir.

Nazir Vətən müharibəsində və ondan sonrakı post-konflikt dövründə Ədliyyə Nazirliyinin fəaliyyətinə toxunaraq 100-dən çox ədliyyə və məhkəmə işçilərinin də döyüşlərdə iştirak etdiyini, fədakarlıq və şücaət göstərdiklərini vurğulayıb, Azərbaycan həqiqətlərinin, Ermənistanın işğalçılığının və müharibə cinayətlərinin beynəlxalq ictimaiyyətə geniş çatdırılmasında Nazirliyin fəal iştirakını qeyd edib.

Sonra tədbirdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə-hüquq sistemində müasir çağırışlara uyğun aparılan mütərəqqi islahatlardan danışılıb.
Çıxış edən ədliyyə veteranları bayram münasibətilə, xüsusilə doğma torpaqlarımızın azad olunmasına görə sevinclərini bölüşüb, Ali Baş Komandana minnətdarlıqlarını bildirib, doğma Qarabağımızın tezliklə cənnətə çevriləcəyinə və azad edilmiş dədə-baba yurdlarında həyatın yenidən qaynayacağına əminliyini vurğulayıblar.

Vətəndaş cəmiyyətinin nümayəndələri ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında xidmətlərini, şəffaflığın, ictimai iştirakçılığın və vətəndaş məmnunluğunun təmin olunmasında nazirliyin səmərəli fəaliyyətini qeyd edib, ədliyyə işçilərinə xoş arzularını ifadə ediblər.

Tədbirin sonunda ədliyyə işçiləri adından Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə müraciət qəbul olunub.
Tədbir iştirakçıları həmçinin, nazirliyin muzeyində yeni istifadəyə verilmiş Zəfər bölməsində 44 günlük Vətən müharibəsi salnaməsinə və azad edilmiş torpaqlarımızda aparılan geniş bərpa-quruculuq işlərinə həsr edilən ekspozisiyalarla tanış olublar.
Bütün ədliyyə orqanlarında bayram tədbirləri keçirilib, ədliyyə nazirinin işçilərə təbriki çatdırılıb, vəzifələrinin icrası zamanı fərqlənən əməkdaşlar xidməti qaydada mükafatlandırılıblar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1161   Tarix: 22 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTOLENT

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui - Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub. APA xəbər verir ki, oktyabrın 25-də hər iki komandanın azarkeşləri Atletlər Kəndinin qarşısına toplaşaraq yarışlar

25 oktyabr
.

Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?

Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose

25 oktyabr
.

Güzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?

Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy

26 oktyabr
.

Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...

2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın

25 oktyabr
.

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə

26 oktyabr
.

Məktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?

Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını

26 oktyabr
.

Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı

25 oktyabr
.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların

25 oktyabr