Elmir Əkbər Mədəniyyət TV-də veriliş aparmağa başladı
Tanınmış psixoterapevt Elmir Əkbər Mədəniyyət TV-də veriliş aparmağa başlayıb.
Həftədə bir dəfə efirə çıxacaq "Kölgə işığı" adlı verilişdə dünyada və ölkəmizdə aktual olan psixoloji məsələlərin həlli yolları araşdırılır.
Mütəxəssislərin iştirakı ilə təqdim olunan layihənin əsas məqsədi gənclərin, yeniyetmələrin mənəvi dünyalarına kölgə salan məqamlara aydınlıq gətirməkdir. Yeni proqramda valideynlər də yeniyetmə və gənc övladları ilə ümumi dil tapmaq, onların daxili aləmini kəşf etmək, eləcə də yardım göstərməklə bağlı suallarına cavab tapacaqlar.
Proqramın aparıcısı Elmir Əkbər layihə barədə danışaraq qeyd edib ki, bu, vətəndaşlar üçün çox faydalı olacaq:
"Düzgün istiqamətini itirən yeniyetmələr, ailə daxilində yaranan təlatümlər, yanlış örnək seçimi hamımızı narahat edir. Bu baxımdan düşünürəm ki, "Kölgə işığı" vətəndaşlar üçün çox faydalı layihədir. Yeniyetmə və gənclər onları narahat edən, şüuraltı problemləri özündə əks etdirən, öz kölgələrində gizlənmiş sualların cavabını aktiv ünsiyyət vasitəsilə tapa biləcəklər".
Verilişin ssenari müəllifi Gülayə Xəlilova, quruluşçu rejissoru Rəna Yunisli, redaktoru isə Sevinc Mütəllibovadır./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1658 Tarix: 23 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb
Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə Biznes və İnnovasiya Mərkəzini təqdim edir. xəbər verir ki, bu mərkəz öz xüsusi proqramı vasitəsilə şəhərsalma prosesinin bütün mərhələlərini (dəyə
11 mayDaha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə həyatını itirən azərbaycanlı əsilli hərbçilərin sayı artmaqda davam edir. xəbər verir ki, müxtəlif vaxtlarda Rusiya ordusunun tərkibində döyüşlərdə iştirak edən daha 8 Azərbaycan əsilli hərbçi və Azərbaycan vətəndaşının öldüyü məlum olub. Həlak olan digə
11 mayAzərbaycanda komanda meydana iki qapıçıyla çıxdı
"Şəki Siti" II Liqada meydana iki qapıçı ilə çıxıb. xəbər verir ki, 26-cı turu çərçivəsində baş tutan "Şəki Siti" - "Göygöl" qarşılaşmasında (2:1) ev sahibləri heyət sıxıntısı ilə üzləşib. Şəki təmsilçisi matça cəmi bir ehtiyat oyunçu ilə qoşulub. Heyət qıtlığı səbəbində
11 mayHərbçilərimiz Kəlbəcərdə minaya düşdü
Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xəsarət alan hərbi qulluqçular yaxınlıqdak
11 mayAzərbaycanda tanınmış fotoqraf ÖLDÜ - FOTO
Qax rayon sakini Nəriman Zuliyev vəfat edib. -ın əldə etdiyi məlumata görə, N.Zuliyev rayonun ən tanınmış fotoqrafı hesab edilirdi. Onun hansı səbəbdən öldüyü məlum deyil
11 mayYollarda görünüş 1000 metrədək məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Azərbaycanın avtomobil yollarında mayın 12-də müşahidə ediləcək vəziyyət açıqlanıb.. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarınd
11 may