İllər öncə satdığı torpağı öz adına keçirib ZƏBT ETDİ - ŞİKAYƏT - FOTO-VİDEO
Redaksiyamıza daxil olan növbəti şikayət vətəndaşın torpağının qanunsuz şəkildə əlindən alınması ilə bağlıdır.
Sonxeber.az-ın məlumatına görə, şikayətçi iddia edir ki, Daşınmaz Əmlakın Texniki İnventarlaşdırılması şöbəsinin müdiri Ramiz Babayev vətəndaş İgid Əhədovun yoldaşının adına olan çıxarışlı torpağı özbaşına onun qonşusuna satıb.
Şikayətçi bildirir ki, 52 kv.m. sahəsi olan torpağı qonşusu Şahpələng Mehdiyev tərəfindən zəbt olunub:
"2006-cı ildə mən torpağı qonşumdan almışdım. 2018-ci ildə giriş hissədəki həmin 52 kv.m.-lik yeri yenidən öz adına saldırıb. Həyətin girişi birdir, hasarın içərisindədir. Biz metrə ilə ölçdükdə torpaq öz yerindədir, amma lazer aparatı ilə ölçdükdə göstərir ki, 52 kvadat metr bizim deyil. Nə oldu? Buxarlanıb havaya uçmayıb ki? Əlimdə çıxarış, müqavilə hər şey var. 2018-ci ildən bu yana lazımi hər yerə müraciət etmişəm. Hazırda iş inzibati məhkəmədədir. O da İcra Hakimiyyətinə göndərəcək, ordan da Sabunçu Kənd Bələdiyyəsinə, ya da kənd sovetinə.".
Məsələ ilə bağlı "193" qaynar xətti ilə əlaqə saxladıq. Operator xanım bildirdi ki, bu iddianı rəsmi müraciətlə bildirmək lazımdır. Əmlak Bakıda yerləşirsə, Daşınmaz Əmlakın Dövlət kadastrı və registr publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə müraciət etməlidir ki, məsələ araşdırılsın və nəticə ilə bağlı məlumat verilsin. Əgər vətəndaşın tərtib olunan çıxarışla bağlı hər hansı bir iddiası varsa, bu, yalnız məhkəmə vasitəsilə öz həllini tapa bilər".







Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3641 Tarix: 25 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs
25 oktyabrDirektorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
26 oktyabrSabah 21° isti olacaq
Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq
26 oktyabrBu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK
Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar
25 oktyabrAzərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib
Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız
26 oktyabrAzərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo
25 oktyabrAzərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini
25 oktyabr