11 dəfə boşanan qadın hələ də sevgiyə inanır - FOTO-VİDEO
Heç vaxt sevgiyə inamını itirməyən 52 yaşlı Mone Dias 11 dəfə boşandıqdan sonra özünə yeni sevgili tapıb.
Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, bu barədə "The Sun" yazır.
Belə ki, qadının 9 əri olub. Onlardan ikisi ilə iki dəfə ailə quran Mone özünə ümumilikdə 11 dəfə toy edib.
İlk dəfə o, orta təhsili bitirdikdən dərhal sonra elə məkdəbdə tanış olduğu birinə ərə gedib. Yuxarı sinifdə oxuyarkən bacısına "mən bu şəxsə ərə gedəcəyəm" dedikdən iki ay sonra onunla ailə qurub və tez bir zamanda boşanıb.
Onun 2-ci evliliyi də uzun çəkməyib, lakin boşandıqdan sonra sevgililər yenidən birgə yaşamağa cəhd edərək bir daha (3-cü evlilik) evləniblər.
Monenin 4-cü ərinin əvvəlki evlilikdən övladları olduğu üçün zamanla qadın bu insanla xoşbəxt ola bilmədiyini anlayıb.
Mone etiraf edir ki, 5-ci əri onun həyatının sevgisi olub, lakin bu hisslər də onların ailəsini qoruya bilməyib.
6-cı əri ilə tez bir zamanda boşansa da, yaxşılıqlarını yada salaraq, yenidən (7-ci evlilik) onunla ailə qurub.
8-ci dəfə Mone internetdə cəmi bir həftə tanıdığı şəxslə ailə qurub.
9-cu dəfə də evlilik qərarı tez qəbul edilib, lakin eyni tezliklə boşanmaq qərarı verilib.
"10 nömrə"ni Mone hələ məktəb vaxtından tanıyıb, lakin ailə qurduqdan sonra onunla sadəcə dost qalmağın daha yaxşı olduğunu anlayıb.
11-ci evliliyi haqqında isə Mone ümumiyyətlə danışmaq istəməyib.
Qadın tez aşiq olduğunu və ümumilikdə 28 dəfə evlilik təklifi aldığını etiraf edib.
Bütün yaşadıqları onda sevgiyə inamı öldürə bilməyib. 2 il öncə Mone 57 yaşlı Conla tanış olub və artıq üçüncü görüşdə kişi ona sevgi etirafı edib. Con da Monedən öncə iki dəfə boşanıb.
Hazırda xoşbəxt olan sevgililər hələ ki, toy etməyi düşünmürlər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2725 Tarix: 03 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan
Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix
21 sentyabrYaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?
Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları
22 sentyabrEşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20 sentyabrƏrinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO
Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"
21 sentyabrStüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin
İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik
21 sentyabrBu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabr