Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 1307 nəfərə amnistiya aktı tətbiq edilib
Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən 5 noyabrdan 3 dekabra qədər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 1307 nəfərə amnistiya aktı tətbiq edilib.
Bunu Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Ziyadov Rezonans.az -a açılamasında deyib.
O bildirib ki, "8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında"
Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının icrası çərçivəsində yerli probasiya qurumlarının qərarları ilə 1158, məhkəməyə verilən 1414 təqdimat əsasında bu günə qədər 149 məhkum haqqında amnistiya aktı tətbiq edilib.
Onlardan 161 nəfər qadın, 1 nəfər yetkinlik yaşına çatmayan, 84 nəfər 60 yaşına çatmış, 2 nəfər Vətən müharibəsində iştirak etmiş məhkumlardır.
Amnistiya tətbiq olunmuş şəxslərdən 870 nəfər islah işləri, 260 nəfər cərimə, 28 nəfər ictimai işlər cəzasından azad edilmiş məhkumlardır.
Bundan əlavə, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 134 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilmiş elektron qolbaqlar dərhal çıxarılmış, 15 nəfər məhkumun isə cəza müddəti 1 il azaldılmışdır.
Qeyd edək ki, 5 noyabr tarixində qüvvəyə minmiş amnistiya aktının icrası dörd ay müddətində təmin edilməlidir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1289 Tarix: 03 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb
Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə Biznes və İnnovasiya Mərkəzini təqdim edir. xəbər verir ki, bu mərkəz öz xüsusi proqramı vasitəsilə şəhərsalma prosesinin bütün mərhələlərini (dəyə
11 maySon dörd ayda Azərbaycanda 15 mindən çox şəxsə əlillik təyin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 15,9 min şəxsə əlillik təyin edilib. Nazirlikdən "Report"a verilən məlumata görə, onlardan 7,1 min şəxsə ilkin, 8,8 min şəxs
10 mayŞimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında mayın 12-14-də günün ikinci yarısında hava şəraitinin arabir yağıntılı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal
11 mayWUF13-də Startap Pavilyonu təqdim olunacaq
Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Startap Pavilyonu təqdim olunacaq. "Report"a istinadən xəbər verir ki, pavilyon mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə yaradılan Biznes və İnnovasiya Mərkəzində yaradılacaq
11 may