Həkim qurbanı olan qazimizi Türkiyə xəstəxanaları qəbul etmir - Qardaşı ÇAĞIRIŞ ETDİ- AUDİO
İkinci Vətən müharibəsi zamanı qəhrəmancasına döyüşərək qazi olan Yaqub Qəhrəmanlı komadadır.
Sonxeber.az-ın məlumatına görə, qazimiz Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə başından yaralanıb və sol gözünün arxasında qəlpə qalıb.
Türkiyənin özəl xəstəxanalarından birində kranioplastika (kəllə sümüyünün deformasiyasını düzəltmək üçün cərrahi əməliyyat) keçirib. Lakin həkim səhlənkarlığı üzündən Yaqubun beyinində hidrosefaliya yaranıb və beyni zədələnib.
Hidrosefaliya beynin dərinliklərində mədəciklər adlanan boşluqlarda artıq mayenin yığılmasıdır.
Hazırda Yaqub Qəhrəmanlı artıq 5-ci aydır ki, komadadır.
Qazinin qardaşı Rahil Qəhrəmanlı bildirir ki, onu Türkiyənin yaxşı özəl xəstəxanalarına yerləşdirmək istəsələr də, Yaqubu götürmürlər. Qazinin ailəsi məsələnin daha geniş işıqlandırılmasını istəyir və dövlətin onlara dəstək göstərəcəyinə inanır.
Redaksiyamıza daxil olan müraciəti aşağıdakı audiodan dinləyə bilərsiniz:
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5340 Tarix: 03 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb
Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə Biznes və İnnovasiya Mərkəzini təqdim edir. xəbər verir ki, bu mərkəz öz xüsusi proqramı vasitəsilə şəhərsalma prosesinin bütün mərhələlərini (dəyə
11 maySon dörd ayda Azərbaycanda 15 mindən çox şəxsə əlillik təyin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 15,9 min şəxsə əlillik təyin edilib. Nazirlikdən "Report"a verilən məlumata görə, onlardan 7,1 min şəxsə ilkin, 8,8 min şəxs
10 mayŞimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında mayın 12-14-də günün ikinci yarısında hava şəraitinin arabir yağıntılı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal
11 mayWUF13-də Startap Pavilyonu təqdim olunacaq
Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Startap Pavilyonu təqdim olunacaq. "Report"a istinadən xəbər verir ki, pavilyon mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə yaradılan Biznes və İnnovasiya Mərkəzində yaradılacaq
11 may