Bakıda "BMW"nin vurduğu moped yandı, sürücü komaya düşdü - FOTO/VİDEO
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.
Metronun 20 Yanvar stansiyası istiqamətində hərəkətdə olan "BMW" markalı avtomobilin sürücüsü yolun birinci zolağında hərəkətdə olan zaman qəflətən onun qarşısına moped çıxıb. Mopedin sürücüsü idarəetməni itirdiyindən avtomobil ona çırpılıb. Qəza zamanı zərbə o qədər güclü olub ki, mopedi sürən şəxs bir neçə metr irəliyə atılıb.
Moped isə qəfil alışmağa başlayıb. Əraziyə FHN-nin DYMX-nin iki texnikası cəlb edilib. Yanğın söndürülüb. Ağır xəsarət alan şəxs Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti vasitəsi ilə xəstəxanaya çatdırılıb. Mopedi idarə edən şəxs komaya düşüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi araşdırma aparır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2696 Tarix: 06 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həmin şagirdin sinif yoldaşı: "Dünən liseydə dedi ki…"
Hazırda "İdrak" liseyinin darvazaları bağlıdır, kənar şəxslər içəri buraxmırlar. "Yeni Sabah"ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, qapı polis nəzarəti ilə açılır və liseyin həyətinə yalnız valideynlər və şagirdləri götürməyə gələn yaxınları buraxılır. Şagirdlər evə göndərilir
8 fevralTapdığı çantanı qaytarmadı, işindən oldu - VİDEO
Türkiyənin Uşak şəhərində bələdiyyəyə bağlı təmizlik işçisi tərəfindən tapılan və içərisində dəyərli əşyalar olan çantanın aidiyyəti qurumlara təhvil verilməməsi ilə bağlı araşdırma aparılıb. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, sözügedən şəxs yerdə tapdığı çantanı səlahiyyətli orqanlar
10 fevralŞagird nə üçün müəllimini güllələdi? -Hadisə ilə bağlı ŞOK DETALLAR
Bakıda yerləşən İdrak liseyinin riyaziyyat müəllimi Şəhla Kamilovaya silahlı hücum edən şagird hadisədən bir müddət əvvəl sosial şəbəkələrdə şiddət və silahla bağlı məzmunlar paylaşan onlayn oyun və qruplarda fəal olub. Bu barədə -a etibarlı mənbə məlumat verib. Belə ki, bundan əvvəl məktəb administrasiyas
7 fevralMingəçevirdə bədbəxt hadisə: Marketdə alış-veriş edən şəxs qəfil öldü
Mingəçevirdə marketdə ölüm hadisəsi baş verib. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə 20 Yanvar küçəsində yerləşən "Qədiroğlu" marketlər şəbəkəsinə məxsus mağazada qeydə alınıb. Alış-veriş etmək üçün marketə gələn 1953-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Mikayıl Məmmədovu
8 fevralQış Olimpiadasında diqqətçəkən hadisə - VİDEO
2026-cı il Qış Olimpiya Oyunlarında buz rəqqasları Piper Gilles və tərəfdaşı Paul Poirier çıxışları zamanı gözlənilməz hadisə ilə üzləşiblər. türk mediasına istinadən xəbər verir ki, performans əsnasında geyimlə bağlı insident yaşanıb. Dönüş hərəkəti zamanı Poirierin qolundakı manjet Gillesin kolqotkasın
11 fevralSahildə gəzərəkən meyit gördü, ilk iş telefona sarıldı - VİDEO
Muğlanın Dalaman rayonunda sahildə kişi meyiti tapılıb. türk mediasına istinadən xəbər verir ki, Dalgakıran adlanan ərazidə sahil boyunca gəzən bir şəxs qum üzərində hərəkətsiz uzanmış birini görərək vəziyyəti dərhal 112 təcili yardım xidmətinə bildirib. Hadisə yerinə polis və tibb briqadaları cəlb olunub
9 fevralAvtomobilin şüşələrini sındırıb içərisinə işıqlı gül buketi atdı - VİDEO
Türkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda park halında olan avtomobilin şüşələrini lom vasitəsilə sındıran və daha sonra kapotuna işıqlı gül buketi atan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. türk mediasına istinadən xəbər verir ki, hadisə anları mobil telefon kamerası ilə qeydə alınıb
10 fevralQadına küçənin ortasında amansız hücum: Şübhəli qaçdı - VİDEO
İstanbulun Fatih rayonunda baş verən zorakılıq hadisəsi cəmiyyətdə ciddi narazılıq doğurub. türk mediasına istinadən xəbər verir ki, bir kişi mübahisə etdiyi qadını küçənin ortasında dəfələrlə yumruqlayaraq ağır şəkildə döyüb. Ətrafdakı insanların qorxu dolu baxışları qarşısında baş verən hadisədən sonr
11 fevral