"Kalonka" Əfqan: "İstəmirəm, kiminsə balasını bədbəxt eləyim" – Müsahibə

"Kalonka" Əfqan: "İstəmirəm, kiminsə balasını bədbəxt eləyim" – MüsahibəKulis.az "Həyatın içindən" layihəsində "Kalonka Əfqan" ləqəbi ilə tanınan Əliyev Əfqanla müsahibəni təqdim edir.

– Əfqan, istəyirəm əvvəlcə bizə özün haqqında bir az məlumat verəsən.

– Əliyev Əfqan Məhərrəm oğlu. 88-ci ildənəm. 33 yaşım var. Atam Astaralıdır, amma mən Biləcəridə anadan olmuşam. Üç bacının bir qardaşıyam. 2003-cü ildən bəri Bakıda – Biləcəridə, ailəmlə bir yerdə yaşayıram. Kirayədə qalırıq.

Heykəl qadın - Xavər Şəfiyeva
Mirmehdi Ağaoğlunun yeni kitabının təqdimatı - Bu gün
Kiçik Venesiya, "buz" kafesi, hardan gəldiyi bilinməyən tutuquşular – Bakıda istirahət üçün 10 fərqli məkan
– Rayonda eviniz var?

– Astarada var, hə. Amma həm köhnədir, həm də rayonda iş-güc olmur deyə, daha ora getmirik.

– Ailəlisən?

– Subayam.

– Burda nə işlə məşğulsan?

– O vaxt, oxumadım, elə sonradan, fəhləlik eləməyə başladım. İndi də ustanın yanında işləyirəm. Min şükür, pis-yaxşı yaşayırıq.

– Adamlar daha az-çox səni tanıyırlar. Bunun sənə nə kimi xeyri olur?

– Heç nə, arada siqaret pulu verirlər.

– Polislərlə aran necədir?

– Yaxşıdır. Bir-iki dəfə tutub aparıblar şöbəyə. Deyiblər ki, ictimai asayişi pozursan. Sonra bir az dil-ağız eləmişəm, buraxıblar. Çox da dəymirlər mənə, sağ olsunlar. Başa düşürlər.

– Niyə küçədə yüksək səslə musiqi qoşub gəzirsən?

– Musiqi həvəskarıyam da, ona görə. Əslində, söhbət bir az başqa cürdür. Qoy danışım sizə. Mənim ən böyük arzum odur ki, bir dənə 07-im (vaz 21-07) olsun. Həmişə istəmişəm ki, öz maşınımda mahnı qoyub şəhərdə gəzim. Amma heç vaxt qismət olmayıb. Buna görə də, belə bir şey fikirləşdim. Hərə bir cür xəyallarını reallaşdırır da. Kimsə ona mane olduğumu deyəndə, mən də başa düşürəm. Ya kalonkanın səsini alıram, ya da tam söndürürəm.

– Musiqiləri özün seçirsən?

– Hə, özüm seçirəm. Hamısı meyxanadır.

– Niyə meyxana?

– Uşaqlıqdan meyxanaya qulaq asanam da, əmioğlu, ona görə.

– Bəs fikirləşmirsən ki, yolda yüksək səsli mahnı qoşub, kimisə narahat edirsən?

– Hə, olur, fikirləşirəm.

– Fikirləşirsənsə, niyə camaatı narahat edirsən?

– Nə bilim e, qaqaş. Hərə bir cürdür də. Necə deyim e, sənə. Bu elə bil qanıma işləyib. Tərgidərəm. (gülür)

– Ürəyin nə vaxt istəyir çıxırsan, yoxsa?

– Yox, hər həftənin ikinci günü, saat 10-dan 4-ə, 5-ə kimi.

– Həzz alırsan gördüyün bu işdən?

– Həzz almaq deyəndə ki, xoşuma gəlir də...

– Ailən etiraz etmir?

– Mamagil deyirlər, eləmə, ayıbdır. Qıraqdan baxan deyər ki, "bu dəlidir" filan.

– Sənə kimsə ruhi xəstə kimi baxırsa, bu səni narahat edir?

– Eləyir. Elədiklərim normal hərəkət deyil. Nə bilim, əmi oğlu. Evdə darıxıram. İstəyirəm bayıra çıxam "kalonkayla", meyxanaya qulaq asam (gülür). Evdə çox vaxt "lomkaçılıq" olur, ona görə.

– Səni telefonla çəkirlər, lağa qoyur, kiminsə adını, ya da "auye" filan qışqırmağını istəyirlər. Bu insanlara münasibətin necədir?

– Belə də... Nə deyim. Onlar da elə münasibət göstərir.

– Xoşun gəlir də onda?

– Yox, xoşum gəlmir, amma neyniyim e.

– Sosial şəbəkələrdə səni hərə bir cür qiymətləndirir. Bəziləri deyir ki, bu çox pis hərəkətdir, bəziləri deyir ki, çox yaxşı hərəkətdir.

– Hə oxuyuram, rəyləri. Hərəsi bir şey yazır da. Eləsi var bəyənir, eləsi var xoşuna gəlmir.

– Amma sən bundan narahat olmursan?

Cavab vermir. Hiss edirəm ki, əsəbiləşib Hər an durub məni döyə bilər.

– Türmədə olmusan?

– Yox, olmamışam.

– Mən sənin qoyduğun mahnılara fikir vermişəm, əsasən, türmə, "varavskoy", "zon" tipli şeylər olur.

– Xoşlayıram da, qaqaş. Gərək türmədə olum? "Varavskoy" mahnıları sevirəm.

– Bəs qorxmursan ki, hansısa yeniyetmə sənin bu hərəkətini görüb, təsirlənə bilər?

– Qorxuram, cavan uşaq baxıb məndən pis ibrət götürər. Yox, təbliğ deyil məndə. Üstəlik, ancaq "varavskoy" mahnılar qoymuram, şəhidlərə, vətənə aid də mahnılar olur. Dilxoşluqdu eliyirik də, əmioğlu. Niyə qanımızı qaraldırsan?

– Bu hərəkətinə görə səninlə dalaşan olub heç?

– Yox e, qaqaş. Mən "kalonka"yla belə görünürəm e qıraqdan. Amma, əslində, elə deyiləm. Sakit adamam. Heç kimə dəyib-dolaşan deyiləm. Öz aləmimdə yaşayıram. Qıraqdan baxan adam elə bilir ki, türmədə olmuşam, "varavskoy" yol gedirəm. Ancaq elə deyil. Sadə, mehriban adamam.

– Ümumiyyətlə, "varavskoy" aləmə münasibətin nədir? Nə fikirləşirsən bu haqda? Necə baxırsan, türməyə, oğrulara?

– Normal. Pis baxmıram. Təsbehim də var (təsbehini göstərir). Bunu təzə alıblar, yaxın qardaşlar. Mənimki qırılmışdı.

– İmicini bilə-bilə belə edirsən? Kepka, təsbeh, dar şalvar filan.

– Yox, bilə-bilə etmirəm. Keçələm deyə kepka taxıram. Həm də utanıram çöldə-bayırda gəzəndə, kepkanı gözlərimə qədər basıram ki, heç kimi görməyim. Nə bilim e, qaqaş. Sən təmiz məni dilxor elədin bu gün (gülür).

– "Kalonka"nı hardan tapmısan?

– Bunu veriblər mənə. Ad günümdə dostlarım hədiyyə ediblər. Bundan əvvəl balaca idi məndə. Onu oğurladılar.

– Boş vaxtlarında nə edirsən?

– Bütün günü boş vaxtım olur. Evdə oluram. Mənim həyatım, onsuz da, belədir. Bundan başqa nə edə bilərəm e? Mən də belə yaşayıram. Kiməsə dəymirəm-dolaşmıram.

– Niyə, sırf "kalonka"?

– Bilmirəm.

- Adamlar sənin haqqında "dəlidir, psixi problemləri var, xəstədir" kimi fikirlər səsləndirirlər...

– Hə, bir az var. Düzdür. Uşaqlıqdan bir az qalıb elə.

– Psixoloqa, həkimə getmisən?

– Əşi, dayan, oturmuşuq yerimizdə. Mənim üstümdən pul qazanırlar. Bu məni narahat edir. Kimsə mənim videomu çəkir, qoyur Yutuba. Elə pul qazanır, mən də burda əziyyət çəkirəm.

– Bilə-bilə belə yeriyirsən?

– Yox, yerişim belədir.

– Bəlkə, kalonka ağırdı deyə belə yeriyirsən? Daşımaq çətin olar yəqin?

– Hə, 16 kilodur. Tək daşımaq olmur, daha "uçenik" tutmuşam özümə. Axırda ona verəcəm kalonkanı (yanındakı oğlanı göstərir).

– Ancaq 28-də gəzirsən?

– Adam çox olur da burda. Əvvəllər "Tarqovu"da gəzirdim. Sonradan ora xoşuma gəlmədi, orda adamlar qəribədir. Sonradan keçid elədim 28-ə.

– Yəqin başqa yerlərdə də gəzmək istəyirsən?

– Yox e, qardaşım. Deyirəm axı gələn ildən tərgidəcəm. Allahın köməyi ilə. Daha bəsdir. Verəcəm şagirdimə, o davam edəcək.

– Evlənmək fikrin var?

– Yox, maddi vəziyyətim yaxşı deyil. İstəmirəm, kiminsə balasını bədbəxt eləyim. Necə deyim e sənə, yaxşı baxmıram mən elə şeyə. Gedim camaatın qızını alım, sonra işləmiyim-eləmiyim, ailəmə baxa bilməyim, arvad-uşağı döyüm, alınmaz məndə elə şey.

– Niyə başqa bir iş tapmırsan, sənət öyrənmirsən? Nə çıxacaq bu "kalonka"dan, bir az camaat güləcək, vəssalam, yaddan çıxacaqsan, ömrün gedəcək əldən.

– Nə bilim e, vallah. Deyiblər mənə, gəl səni bir şirkətə düzəldək də, amma getməmişəm.

– Spirtli içkiylə aran necədi?

– İçənəm, hə. Ancaq pivə içirəm.

– Bəs narkotik maddə qəbul etmisən?

– Yox, yox. Elə şeylərdən uzağam. Allah eləməsin. Birdən kimsə qıraqdan baxıb deyər ki, "bu narkomandır", qətiyyən. Elə şey deməyin mənim haqqımda.

– Kitab oxuyursan?

– Kitab? Yox. Yalan deyərəm.

– Heç oxumamısan?

– A, yox, bu yaxınlarda bir dənə kitab oxumuşam. Rəhmətlik Vüqar Biləcərinin kitabı idi. Təzə kitabı çıxdı axı. Xoşuma gəldi özü də. Bu yaxınlarda təqdimatı oldu, getdim iyirmi manat verdim, bir dənə kitab aldım. Xoşuma gəlir, Vüqarın qəzəllərini oxumaq.

– Ən çox xoşladığın meyxanaçı kimdir bəs?

– Rəşad Dağlıdır, rəhmətlik Vüqar Biləcəridir.

– Qızlar heç sənə yazır?

– Yox. Mən elə şeylərdən uzağam. Sevgidi, filandı elə şeylərdən uzağam. Mənimki budu bax. ("kalonka"nı göstərib deyir). Bunu sevirəm mən. Həyat yoldaşım budur.

– Nə kimi bacarıqların var?

– "Kalonka"ları söküb yığa-bilirəm.

– Son sözün nədir?

– Hə bir dənə, 07 alan olsaydı, əla olardı. Ya da qara Niva.

– Sağ ol, Əfqan, özünə yaxşı bax.

– Həə, sən də, çox sağ ol, qaqaş.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 5191   Tarix: 06 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan

Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix

21 sentyabr
.

Yaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?

Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları

22 sentyabr
.

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri

20 sentyabr
.

Süni intellektin təhlükəli potensialı ilə bağlı xəbərdarlıq: Viruslar yarada bilir?

"Anthropic", "OpenAI", "Google DeepMind" şirkətləri və Böyük Britaniyanın Süni İntellekt Təhlükəsizliyi İnstitutunun (AISI) əməkdaşları süni intellekt modellərin sürətli inkişafı səbəbindən güclü psixoloji təzyiq və stres yaşadıqlarını bildirirlər. FT-yə istinadən xəbə

23 sentyabr
.

Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"

21 sentyabr
.

Özcan Dənizdən "Kalp yarası" ilə bağlı maraqlı AÇIQLAMA: "Sezen Aksu məni inandırdı"

Türkiyəli müğənni və aktyor Özcan Deniz ötən axşam Girnədə yerləşən otellərdən birində səhnəyə çıxıb. yerli mediaya istinadla xəbər verir ki, sənətçi konsert zamanı 35 illik karyerasından danışıb. Özcan Deniz bu illər ərzində çoxsaylı film, serial və mahnılara imza atdığını deyib:. "35 il dolu keçdi

21 sentyabr
.

Stüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin

İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik

21 sentyabr
.

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB

Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl

20 sentyabr
.

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y

19 sentyabr