Prezident və xanımı Qubada
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfərə gediblər.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanış olub, "Quba ABAD Factory" qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışında iştirak ediblər.
Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib.
Dövlətimizin başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə, Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olub və Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşüb, qəsəbə sakinləri ilə birgə ulu öndər Heydər Əliyevin Qonaqkənd qəsəbəsində ucaldılan abidəsinin önünə gül dəstəsi qoyublar.
Sonda xatirə şəkli çəkdirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1924 Tarix: 06 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb
Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb. report-a istinadən xəbər verir ki, mayın 10-u saat 13 radələrində 2024-cü il təvəllüdlü M.A. Tərtər şəhərində yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş azyaşlı orada ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırmala
11 mayWUF13-də Startap Pavilyonu təqdim olunacaq
Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Startap Pavilyonu təqdim olunacaq. "Report"a istinadən xəbər verir ki, pavilyon mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə yaradılan Biznes və İnnovasiya Mərkəzində yaradılacaq
11 mayBu rayonda uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedir (VİDEO)
Neftçala rayonunun Sübh adasının sakinləri yoxsulluq içində yaşayırlar. Qaynarinfo xəbər verir ki, bu səbəbdən sakinlərin çoxu adanı tərk edib. Orada yaşayanlar Kürün o tayından bu tayına qayıqla keçirlər. Sübh adasında uçmuş evlərdən başqa heç nə yoxdur, nə mağaza, nə də tibb məntəqəsi. Bu adada uşaqla
11 mayHeydər Əliyev zirvəsinə yürüş təşkil olunub - FOTO
Ulu öndər Heydər Əliyevin 103-cü doğum günü münasibətilə Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub. xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Alpinizm Federasiyası tərəfindən həyata keçirilib. Yürüş iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqay
10 may