Azərbaycanda DƏHŞƏT: Kişi həyat yoldaşını soyunduraraq həyətə düşürdü, işgəncə verdi

Azərbaycanda DƏHŞƏT: Kişi həyat yoldaşını soyunduraraq həyətə düşürdü, işgəncə verdiQəbələ rayonunda həyat yoldaşına dəhşətli işgəncələr vermiş rayonun ucqar kəndlərindən birinin sakini, 1974-cü il təvəllüdlü Dəmir Eyvazov barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə törədildikdə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, Qəbələ rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə D.Eyvazovun 1995-ci ildə ailə həyatı qurduğu və birgə nikahdan dörd övladının anası olan Xəyaləyə (şərti adlı) dəhşətli işgəncələr verməklə dəfələrlə xəsarətlər yetirdiyi məlum olub.

Həyat yoldaşının əlindən evdən meşəyə qaçan və daha sonra xəstəxanaya yerləşdirilən qadının artıq ərindən rəsmi qaydada boşandığı da müəyyənləşib.

Məhkəmədə D.Eyvazov həyat yoldaşını həqiqətən dəfələrlə döydüyünü etiraf etsə də, xanımının onu söyüb təhqir etdiyinə görə bu əməlləri törətdiyini deyib. Ekspertiza rəylərindən isə D.Eyvazovun həyat yoldaşının bədəninin müxtəlif nahiyələrini qızdırılmış dəmir parçası ilə bir neçə dəfə yandırdığı, hətta qaynar metalla həyat yoldaşının cinsiyyət orqanını da yandırması məlum olub. Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs deyib:

"Aramızda baş verən ailədaxili münaqişələr üzündən keçmiş ərim Dəmirlə 2020-ci ilin dekabrında Qəbələ rayon Məhkəməsinin qərarı ilə boşanmışam. Onunla 1995-ci ildə rəsmi nikaha daxil olub ailə qurmuşam. Birgə nikahdan dörd övladımız olub. Ailə qurduqdan boşanan müddətə kimi uşaqlarla birlikdə Dəmirə məxsus Qəbələ rayonundakı evdə yaşamışıq. Ailə qurduqdan sonra aramızda tez-tez ailədaxili münaqişələr olub və mütəmadi olaraq yoldaşım tərəfindən döyülmüşəm, işgəncələrə məruz qalmışam.

Buna əsas səbəb Dəmirin üçüncü övladımız - Nigarı (ad şərtidir) bacımın ərinin himayəyə götürmək istəməsi olub. O, Nigarı öz övladı kimi istəmirdi və məndən dəfələrlə doğma qızımızı öldürməyi tələb edirdi. Onun tələbinə əməl etmədiyim üçün məni dəfələrlə döyüb, əzab, işgəncə verib. 2018-ci ilin yazında, eləcə də, həmin il yayın sonunda kənddəki evdə Dəmir ilə aramızda daha bir ailədaxili münaqişə baş verdi. O, bədənimin müxtəlif nahiyələrini alovla yandırmaqla, qaynar su tökməklə və qızdırılmış metal əşya basmaqla mənə xəsarətlər yetirdi. Lakin Dəmirin qorxusundan eləcə də, uşaqların xatirinə Dəmirdən aidiyyəti orqanlara şikayət etməmişəm. 2018-ci il tarixində boşanıb ayrılmaq üçün Qəbələ rayon Məhkəməsinə boşanma haqda ərizə ilə müraciət etmişəm. Lakin yenə də, uşaqları nəzərə alaraq ailəmizin dağılmaması üçün onunla barışdım, boşanmaqdan imtina etdim, yenidən birlikdə yaşamağa qərar verdim.

Sonuncu dəfə 13 oktyabr 2019-cu il tarixində saat 23 radələrində Dəmir yenidən ailə münaqişəsi yaratdı, məndən qızımız Nigarı öldürməyimi tələb etdi, yaşca böyük qızımızın ərə getməsi üçün mütləq Nigarın ölməli olduğunu bildirdi.

Lakin buna etiraz edərək qızımı öldürə bilməyəcəyimi dediyim üçün Dəmir əvvəllər olduğu kimi, yenə də məni həyətə düşürüb lüt soyunduraraq stulda otuzdurdu. Əl-qolumu dəmir trosla və ip ilə bağladı, dəmiri qızdırıb qoluma, ayaqlarıma və cinsiyyət orqanıma vurub yandırdı. Eləcə də, bədənimə vedrə ilə soyuq su tökdü.

Bundan sonra mənə vedrəyə soyuq su doldurtduraraq yanıma qoydu ki, yatıb durduqdan sonra həmin suyu bədənimə töküm. Mən həmin gecə o yatdıqdan sonra xəlvəti evdən çıxaraq kəndin meşəliyi ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına gəldim, təxminən beş gün həkimlər tərəfindən müalicə aldım. Dəmirdən şikayətçiyəm və ona ən ağır cəza tədbiq edilməsini məhkəmədən xahiş edirəm".

Məhkəmədə ifadə verən ailənin böyük qızı atasının anasına dəhşətli işgəncələr verdiyini, ailədə daim dava-dalaş saldığını, anasını hətta lüt soyunduraraq həyətdə stula bağladığını və qızdırılmış dəmirlə bədənini yandırdığını bildirib.

Digər şahidlər də D.Eyvazovun törətdiyi əməllər barəsində danışıblar.

Qəbələ rayon Məhkəməsi Dəmir Eyvazovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 5827   Tarix: 07 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Salyanda avtomobil aşdı: Xəstəxanaya aparılan şəxs öldü

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi "Mercedes" markal

18 oktyabr
.

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb

10 oktyabr
.

Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video

Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil

11 oktyabr
.

İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı

İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça

17 oktyabr
.

Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub

Hindistanın Madhya-Pradeş ştatının Qvalior şəhərində yük maşınının zəvvar qrupuna çırpılması nəticəsində azı 13 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyinə yerli polisin rəisi Dharmvir Sinqh bildirib. Qəza baza

18 oktyabr
.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

4 oktyabr
.

Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü

Şamaxı rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. xəbər verir ki, hadisə rayonun Çuxuryurd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı evin həyətində su ilə dolu beton çənin içərisinə düşərək həyatını itirib

19 oktyabr
.

Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO

Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini

11 oktyabr
.

Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili

14 oktyabr