SOCAR-dan itkin düşən neftçi ilə bağlı AÇIQLAMA
Neft Daşlarında itkin düşən SOCAR əməkdaşının axtarış işləri hələ də davam edir.
Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
Onun sözlərinə görə, axtarış işlərində hələ ki, nəticə əldə edilməyib:
"Hava şəraiti imkan verdikcə, axtarış işlərini davam etdiririk. Bəzi günlərdə hava kəskin dəyişir və axtarış aparmağa imkan olmur. Lakin normal hava şəraitində axtarış işlərini aktiv şəkildə davam etdiririk".
Qeyd edək ki, SOCAR əməkdaşı olan Namazov Mürsəl Həsənəli oğlu Neft Daşlarında itkin düşüb. Mürsəl Namazov dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 5:45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb.
1972-ci il təvəllüdlü Namazov Mürsəl Həsənəli oğlunun vəzifəsi elektrik montyorudur, ailəlidir, iki oğlu var.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2046 Tarix: 09 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
60 yaşdan yuxarı insanlar üçün MÜHÜM XƏBƏR
7-8 yaşdan kiçik uşaqlar və 60-70 yaşdan yuxarı yaşlı insanlar yeni virusa yoluxma riski altındadır. Bunu Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin elmi direktoru Aleksandr Gintsburq bildirib. Ginzburq uşaqların immun sistemlərinin hələ tam inkişaf etmədiyini və yaşlıların immu
10 mayAkif İslamzadənin son durumu açıqlandı
Tanınmış müğənni Akif İslamzadənin vəziyyəti stabildir. Bu barədə -a sənətçinin oğlu Ayxan İslamov məlumat verib. O bildirib ki, atasının səhhətində müsbət irəliləyiş müşahidə olunur:. "Vəziyyəti stabil olaraq qiymətləndirilir. Bu gün özü ayağa qalxıb, gəzib, rəngi də yaxşıdır, danışır. Hər gü
11 mayXameneidən orduya yeni əmr: Düşmənlərə qarşı sərt tədbirlər hazırlanır
İranın Ali Rəhbəri Müctəba Xamenei "Xatəm əl-Ənbiya" mərkəzi hərbi qərargahının komandanı Əli Abdullahi ilə görüşü zamanı ölkənin düşmənlərinə qarşı tədbirlərin gücləndirilməsi istiqamətində orduya yeni tapşırıqlar verib. xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb. Məlumata görə
10 may