DYP əməkdaşı avtomobili təqib edərkən qəza törədib?
Salyan Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polis Xidməti (DYP) bölməsinin əməkdaşı, polis kapitanı İlkin Əhmədov xidməti avtomobillə qəza törədib.
Oxu.Az-ın məlumatına görə, o, yüksək sürətlə hərəkətdə olarkən, VAZ-2106 markalı avtomobillə toqquşub.
İddia edilib ki, İ.Əhmədov hadisəni digər bir avtomobili təqib edərkən törədib.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a bildirilib ki, həmin yol-nəqliyyat hadisəsi dekabrın 4-də saat 11:00 radələrində baş verib:
"Salyan rayonu Cəngan kənd sakini Vüqar Babayevin idarə etdiyi VAZ-2106 markalı nəqliyyat vasitəsi ilə Salyan-Neftçala magistral yolunun 1-ci kilometrliyində Salyan RPŞ-in DYP-nin Yol Patrul Xidmətinin əməkdaşının idarə etdiyi xidməti avtomobilin hərəkət istiqamətinə çıxması nəticəsində baş verib".
Qeyd edilib ki, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2355 Tarix: 09 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
60 yaşdan yuxarı insanlar üçün MÜHÜM XƏBƏR
7-8 yaşdan kiçik uşaqlar və 60-70 yaşdan yuxarı yaşlı insanlar yeni virusa yoluxma riski altındadır. Bunu Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin elmi direktoru Aleksandr Gintsburq bildirib. Ginzburq uşaqların immun sistemlərinin hələ tam inkişaf etmədiyini və yaşlıların immu
10 mayAkif İslamzadənin son durumu açıqlandı
Tanınmış müğənni Akif İslamzadənin vəziyyəti stabildir. Bu barədə -a sənətçinin oğlu Ayxan İslamov məlumat verib. O bildirib ki, atasının səhhətində müsbət irəliləyiş müşahidə olunur:. "Vəziyyəti stabil olaraq qiymətləndirilir. Bu gün özü ayağa qalxıb, gəzib, rəngi də yaxşıdır, danışır. Hər gü
11 mayXameneidən orduya yeni əmr: Düşmənlərə qarşı sərt tədbirlər hazırlanır
İranın Ali Rəhbəri Müctəba Xamenei "Xatəm əl-Ənbiya" mərkəzi hərbi qərargahının komandanı Əli Abdullahi ilə görüşü zamanı ölkənin düşmənlərinə qarşı tədbirlərin gücləndirilməsi istiqamətində orduya yeni tapşırıqlar verib. xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb. Məlumata görə
10 may