ÜST-ün Azərbaycandakı nümayəndəsi: "Əslində normal həyata dönmüşük"
"Azərbaycan koronavirus infeksiyasına qarşı tədbirlərini çox sürətlə aparan ölkələrdən biridir. 2020-ci il fevralın 19-da Azərbaycanda ilk COVID-19 faktı aşkarlandı və bir il sonra vaksin icad ediləndən dərhal sonra bütün ölkə üzrə vaksinasiya prosesinə başlanıldı".
Sonxeber.az report-a istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, hər hansı dövlətin bu istiqamətdə dərhal hərəkətə keçməsi təqdirəlayiq haldır: "Çünki yeni xəstəxanaların yaradılması, laboratoriyalarının sayının çoxaldılması və digər addımlar normal vaxtda belə sürətlə həyata keçirilən proses deyildi. Əgər bu, pandemiya dövrünə təsadüf edirdisə, əldə edilən nəticəni müsbət qiymətləndiririk".
"Azərbaycan əhalisi həm vaksini tez qəbul etdi, həm də qoruyucu tədbirlərə əməl etdi. Bugünkü yoluxma sayınının son bir aya yaxındır eyni rəqəmlərdə qalması vacibdir. Təbii ki, bunun davamlı olması mütləqdir. Əslində, demək olar ki, normal həyata dönmüşük, sadəcə sosial məsafəni qorumalı, qapalı məkanlarda maska taxmalı, əl gigiyenasına diqqət etməliyik", - ÜST rəsmisi əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1295 Tarix: 10 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?
Son günlərdə hantavirusla bağlı xəbərlər dünyada diqqət çəkir. Xüsusilə xəstəliyin ağır gedişi və ölüm riski barədə xəbərlər narahatlıq yaradıb. Argentinadan Kabo-Verdeyə gedən 150-dən çox sərnişinin və 61 ekipaj üzvünün olduğu Niderlanda məxsus "MV Hondius" kruiz laynerində hantavirusla bağl
11 mayAzərbaycanda tanınmış fotoqraf ÖLDÜ - FOTO
Qax rayon sakini Nəriman Zuliyev vəfat edib. -ın əldə etdiyi məlumata görə, N.Zuliyev rayonun ən tanınmış fotoqrafı hesab edilirdi. Onun hansı səbəbdən öldüyü məlum deyil
11 mayEmin Əmrullayevdən kiçik məktəblərin birləşməsi ilə bağlı AÇIQLAMA
"Məktəblərdə hər il uşaq sayı təhlil olunur. Burada bir məqsəd var ki, sistem rasionallaşsın və təhsilin keyfiyyəti artsın". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev azsaylı şagirdi olan məktəblərin birləşdirilməsi məsələsindən danışarkən deyib
10 mayWUF13-də Startap Pavilyonu təqdim olunacaq
Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Startap Pavilyonu təqdim olunacaq. "Report"a istinadən xəbər verir ki, pavilyon mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə yaradılan Biznes və İnnovasiya Mərkəzində yaradılacaq
11 may