Azərbaycanda 13 yaşlı uşaq niyə küçədə şar satır? - Anası DANIŞDI
Bir neçə həftə öncə saytımızda 13 yaşlı oğlanın şar satması ilə bağlı şikayəti işıqlandırmışdıq.
Xəbər yayımlandıqdan sonra uşağın anası dərhal Sonxeber.az saytı ilə əlaqə saxlayıb.
Ana bildirib ki, onun azyaşlı oğlu maddi imkansızlıqdan bu işlə məşğuldur:
"Oğlumun 13 yaşı var. Biləcəridə yerləşən 301 nömrəli orta məktəbdə təhsil alır. Hər gün dərsə gedib-gəlir. Məktəbin özündən də maraqlana bilərsiniz.
Mən başa düşürəm, bu yaşda bir uşağın işləməsi doğru deyil. Amma mənim balam məcburiyyət qarşısında şar satır. Böyük oğlum da qardaşı ilə orada şar satmaqla evə "çörək pulu" gətirir. Mənim özüm sağlamlığımda problem olduğu üçün işləyə bilmirəm.
Elə bilirsiniz, uşağımın bu yaşda pul qazanmağından xoşum gəlir?! Düzdür, yaşının az olmasına görə narahatam. Amma, şükür, oğurluq etmir, dilənmir, öz halal pulunu qazanır deyə, rahatam.
Gəlib evimə də baxa bilərsiniz. O zaman balalarımın bu yaşda şar satmasının səbəbini anlayarsınız. Mən 3 uşağı atasız böyüdürəm. Həyat yoldaşım dünyasının dəyişib. Ailəmin başçısını itirdiyim üçün hər uşağa görə 80 AZN verirlər. İndi siz özünüz fikirləşin ki, 240 manatla hansı uşağa baxa bilərəm?.. Hər şeyin qiyməti artıb, heç nə almaq olmur.
Qızımın 17 yaşı var, işləyə bilmir. Bir neçə aydan sonra ona verilən 80 AZN daha ödənməyəcək. O zaman vəziyyətimiz lap çətin olacaq.
Özüm Zəngilan rayonundan məcburi köçkün düşmüşəm. Taxtadan tikilən evdə yaşayıram. Avqust ayında evim yandı. Yaxşı ki, bacımın qayınanası oyaq olub. O olmasa, evin içində biz də yanıb kül olardıq. Sağ olsun qonşular, köməkləşib yanğını söndürdülər.
Öz rayonumuzun şura sədrinə müraciət etdim, heç bir dəfə də maraqlanıb, yardım etmədi".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA
"WhatsApp" artıq belə görünəcək - FOTO
Yastıq üzlərini neçə gündən bir dəyişdirmək lazımdır?
Nəriman Axundzadə ABŞ-da darmadağına şahid oldu
İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
Restoranlardakı kimi dadlı kartof qızartmaq hiyləsi
Qaraciyəri təbii yolla təmizləyən ƏSAS QİDALAR
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızının başını mişarla kəsdi