Tovuzda direktor əvəzi 59 yaşlı qadını döyüb? - FOTO
Tovuzda məktəblərin birində xoşagəlməz hal yaşanıb. Məktəbin həyətindəki bufet-dükanın işlətmək istəyən şəxslə təhsil müəssisəsinin rəhbərliyi arasında insident baş verib.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə Sahib İsgəndərov adına Tovuz rayonunun Əyyublu kənd tam orta məktəbində baş verib.
Sözügedən kənd sakini Mehriban Əliyeva adlı şəxs bu məktəbdə bufet-dükan işlətmək istədiyini və bu istiqamətdə müvafiq sənədlər toplasa da məktəbin direktor əvəzedicisi Gültəkin Nəsibova tərəfindən fiziki təzyiqə məruz qaldığını iddia edir.
Birinci qrup əlil olan qadın xəstəxanaya yerləşdirilib. Qadını döydüyü iddia olunan müəllim direktor əvəzedicisi Gültəkin Nəsibova isə səsləndirilən iddiaları qəbul etmir.
Hər iki tərəf zərərçəkən və təzyiqə məruz qalan şəxslər olaraq polisə müraciət ediblər. Fakt isə hüquq mühafizə orqanlarının nəzarətindədir.
Məsələ ilə bağlı Tovuz rayon Təhsil Şöbəsindən bildirilib ki, faktla bağlı onlarda məlumat var və müvafiq akt da tərtib edilib.
Məsəldə kimin haqlı kimin haqsız olduğu isə hüquq mühafizə orqanlarının apardığı araşdırmalardan sonra bəlli olacaq.





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1605 Tarix: 10 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?
Son günlərdə hantavirusla bağlı xəbərlər dünyada diqqət çəkir. Xüsusilə xəstəliyin ağır gedişi və ölüm riski barədə xəbərlər narahatlıq yaradıb. Argentinadan Kabo-Verdeyə gedən 150-dən çox sərnişinin və 61 ekipaj üzvünün olduğu Niderlanda məxsus "MV Hondius" kruiz laynerində hantavirusla bağl
11 mayAzərbaycanda tanınmış fotoqraf ÖLDÜ - FOTO
Qax rayon sakini Nəriman Zuliyev vəfat edib. -ın əldə etdiyi məlumata görə, N.Zuliyev rayonun ən tanınmış fotoqrafı hesab edilirdi. Onun hansı səbəbdən öldüyü məlum deyil
11 mayEmin Əmrullayevdən kiçik məktəblərin birləşməsi ilə bağlı AÇIQLAMA
"Məktəblərdə hər il uşaq sayı təhlil olunur. Burada bir məqsəd var ki, sistem rasionallaşsın və təhsilin keyfiyyəti artsın". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev azsaylı şagirdi olan məktəblərin birləşdirilməsi məsələsindən danışarkən deyib
10 mayWUF13-də Startap Pavilyonu təqdim olunacaq
Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Startap Pavilyonu təqdim olunacaq. "Report"a istinadən xəbər verir ki, pavilyon mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə yaradılan Biznes və İnnovasiya Mərkəzində yaradılacaq
11 may