Növbəti ildən kimlərin maaşından daha çox pul tutulacaq? - AÇIQLAMA
2022-ci il 1 yanvar tarixindən etibarən özəl sektorda işəgötürən və işçilərin aylıq əməkhaqqısının 2 faizi həcmində icbari tibbi sığorta haqqı tutulacaq.
Növbəti ildən icbari tibbi sığorta haqqının artırılacağı ilə bağlı artıq məlumatlara rast gəlmək mümkündür. Lakin, nəzərə almaq lazımdır ki, 2021-ci il ərzində ölkədə icbari tibbi sığorta tətbiq edilməyə başlanılandan dövlət sektoru üzrə icbari tibbi sığorta haqqı onsuz da əməkhaqqının 2 faizi həcmində idi.
2022-ci ildən etibarən isə 50 faizlik artım yalnız özəl, həmçinin qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsinə tətbiq edilməyə başlanılacaq. İcbari tibbi sığorta haqqı 2 faizdən hesablanan tərəfləri isə heç bir artım gözləmir.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Oxu.Az-a bildirilib ki, "Tibbi sığorta haqqında" qanuna əsasən qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə tətbiq edilən 50 faiz güzəşt 2022-ci il yanvarın 1-dək keçərlidir.
Hazırda qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulur.
2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.
Hazırda müvafiq sektorlar üzrə icbari sığorta haqqı necə hesablanır?
İşəgötürən tərəfindən:
Tutaq ki, işəgötürən işçiyə aylıq 700 manat əməkhaqqı müəyyən edib. Yəni, işəgötürən işçi üçün həmin məbləğin 1 faizi, aylıq 7 manat (700 x 1 faiz = 7) icbari tibbi sığorta haqqı ödəyir.
Əgər, işəgötürən işçiyə aylıq 8500 manat əməkhaqqı müəyyən edibsə bu halda 8000 manatın 1 faizi, yəni 80 manat (8000 x 1 faiz = 80), qalan 500 manatın isə 0,5 faizi, yəni 2,5 manat (500 • 0,5 faiz = 2,5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işəgötürən işçi üçün aylıq 82,5 manat icbari tibbi sığorta haqqı ödəyir.
İşçi tərəfindən:
Tutaq ki, işçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 700 manatdır. Bu halda onun əməkhaqqından 1 faiz, yəni aylıq 7 manat (700 x 1 faiz = 7) icbari tibbi sığorta haqqı tutulur.
Əgər, işçinin aylıq əməkhaqqı 8500 manatdırsa bu zaman 8000 manatın 1 faizi, yəni 80 manat (8000 x 1 faiz = 80), qalan 500 manatın isə 0,5 faizi, yəni 2,5 manat (500 x 0,5 faiz = 2,5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işçinin əməkhaqqından aylıq 82,5 manat icbari tibbi sığorta haqqı tutulur.
Növbəti ildən icbari sığorta haqqı müvafiq sektorlar üzrə necə hesablanacaq?
Növbəti ilin yəni, 2022-ci ilin yanvar ayının 1-dən isə hesablanma qaydası dəyişəcək və aşağıdakı qaydada olacaq.
İşəgötürən tərəfindən:
Misal üçün işəgötürən işçiyə aylıq 700 manat əməkhaqqı müəyyən edib. Yəni, işəgötürən işçi üçün həmin məbləğin 2 faizi, aylıq 14 manat (700 x 2 faiz = 14) icbari tibbi sığorta haqqı ödəyəcək.
Əgər, işəgötürən işçiyə aylıq 8500 manat əməkhaqqı müəyyən edilibsə bu halda 8000 manatın 2 faizi, yəni 160 manat (8000 x 2 faiz = 160), qalan 500 manatın isə 0,5 faizi, yəni 2,5 manat (500 x 0,5 faiz = 2,5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işəgötürən işçi üçün aylıq 162,5 manat icbari tibbi sığorta haqqı ödəyəcək.
İşçi tərəfindən:
Tutaq ki, işçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 700 manatdır. Bu halda onun əməkhaqqından 2 faiz, yəni aylıq 14 manat (700 x 2 faiz = 14) icbari tibbi sığorta haqqı tutulacaq.
Əgər, işçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 8500 manatdırsa bu zaman 8000 manatın 2 faizi, yəni 160 manat (8000 x 2 faiz = 160), qalan 500 manatın isə 0,5 faizi, yəni 2,5 manat (500 x 0,5 faiz = 2,5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işçinin əməkhaqqından aylıq 162,5 manat icbari tibbi sığorta haqqı tutulacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
"Anamla atam ailə qurmağımı istəyir"
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəs Həsənov küçəsində qanunsuz tikinti aparılır - ARAŞDIRMA