Azərbaycanda Yeni il gecəsi üçün restoranların iş saatı uzadıldı - QAYDALAR

Azərbaycanda Yeni il gecəsi üçün restoranların iş saatı uzadıldı - QAYDALARYeni il şənlikləri ilə bağlı ictimai iaşə obyektlərinin fəaliyyət müddəti uzadılır.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

İctimai iaşə obyektlərinin 2021-ci il 31 dekabr saat 00:00-dan etibarən 2022-ci il 1 yanvar saat 02:00-dək fəaliyyət göstərməsinə icazə verilir.

Yeni il bayramı ilə əlaqədar şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda şənlik mərasimlərinin keçirilməsi onlar üçün müəyyən edilmiş mövcud qaydalara, tələblərə və metodiki göstərişlərə uyğun təşkil edilməlidir. Həmin tələblər aşağıdakılardır:

- şənlik mərasimlərində qonaqların ümumi sayı 150 nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir;

- 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqlar, COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmalı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalı, yaxud COVID-19 peyvədinə qarşı əks-göstəriş sertifikatı olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur;

- şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir;

- şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin başlama və bitmə vaxtı (saat 02:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları "icaze.e-gov.az" portalına daxil etməlidir.

Bu tələblər pozulmaqla şənlik mərasimlərinin keçirilməsi qadağandır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3204   Tarix: 11 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılmışdı

Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılıb. "Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə səsləndirib. "Şuşanın işğaldan azad olunması ilə faktiki olaraq Ermənistan ordusunun beli qırılmışdı. Ermənistan silahl

10 may
.

Akif İslamzadənin son durumu açıqlandı

Tanınmış müğənni Akif İslamzadənin vəziyyəti stabildir. Bu barədə -a sənətçinin oğlu Ayxan İslamov məlumat verib. O bildirib ki, atasının səhhətində müsbət irəliləyiş müşahidə olunur:. "Vəziyyəti stabil olaraq qiymətləndirilir. Bu gün özü ayağa qalxıb, gəzib, rəngi də yaxşıdır, danışır. Hər gü

11 may
.

Bakıda 26 yaşlı motosikletçi FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - ANBAAN GÖRÜNTÜSÜ

Mayın 10-u saat 06 radələrində paytaxtın Xətai rayonu ərazisində motosikletçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, 8 Noyabr prospektində hərəkətdə olan 99-M-279 nömrəli motosiklet yolda

11 may
.

Paşinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama: "Bizim deyildi"

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib. xəbər verir ki, o, Sünik vilayətinin Kornidzor kəndində sakinlərlə görüşü zamanı Qarabağ məsələsinə toxunub. Paşinyan ermənilərin "Qarabağda torpaq itirilməsi" ilə bağlı iddialarına münasibət bildirərkə

10 may
.

Xameneidən orduya yeni əmr: Düşmənlərə qarşı sərt tədbirlər hazırlanır

İranın Ali Rəhbəri Müctəba Xamenei "Xatəm əl-Ənbiya" mərkəzi hərbi qərargahının komandanı Əli Abdullahi ilə görüşü zamanı ölkənin düşmənlərinə qarşı tədbirlərin gücləndirilməsi istiqamətində orduya yeni tapşırıqlar verib. xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb. Məlumata görə

10 may
.

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB+FOTO - VİDEO

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı. - Bu gün Zəngila

10 may
.

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur"

"Ulu öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi. Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə deyib. Dövlətimizin başçısı qey

10 may
.

Prezident: Minsk qrupuna rəhbərlik edən BMT Təhlükəsizlik Şurasının daimi üzvləri bizi dayandırmaq istəyirdi

Düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. O vaxta qədər güclü iqtisadiyyat qurduq, güclü ordu qurduq, cəmiyyətdə vətənpərvərlik meyillərini gücləndirdik və faktiki olaraq, Azərbaycanı beynəlxalq təcriddən də çıxara bildik. İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlə

10 may
.

Azərbaycanda tanınmış fotoqraf ÖLDÜ - FOTO

Qax rayon sakini Nəriman Zuliyev vəfat edib. -ın əldə etdiyi məlumata görə, N.Zuliyev rayonun ən tanınmış fotoqrafı hesab edilirdi. Onun hansı səbəbdən öldüyü məlum deyil

11 may