""Media haqqında" qanun layihəsi media islahatlarının tərkib hissəsidir" - Vasif Həsənli
Dekabrın 10-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İnsan hüquqları komitəsinin birgə iclasında "Media haqqında" qanun layihəsinin ictimai müzakirəsi keçirilib. Fikirlər müxtəlifdir, Milli Məclislə yanaşı, sosial şəbəkələrdə də layihə geniş müzakirə olunub. Bəzi məqamlar isə ümumiyyətlə kontekstdən kənar müzakirəyə çıxarılıb və yanlış rəy yaradılıb. Söhbət vahid jurnalist vəsiqəsinin verilməsindən gedir, bunu bir qədər aydınlaşdırmaq lazımdır. Layihəyə əsasən, jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllü xarakter daşıyacaq.
Qanun layihəsi ilə bağlı Sonxeber.az-a "Demokrat Media"nın rəhbəri Vasif Həsənli danışıb.
O bildirib ki, "Media haqqında" yeni qanunun qəbul edilməsi uzun illərin zərurətinə çevrilib:
"Çünki media davamlı olaraq dəyişir, inkişaf edir, yeni çağırışlarla uzlaşmağa çalışır, lakin bu sahəni tənzimləyən qanun 20 il öncə qəbul edilib və müasir dövrlə uzlaşmır. Bu da mediada problemlərin yaranması mənbələrindən biridir, çünki beynəlxalq təcrübə də göstərir ki, qanunlar yaxşı işlədiyi halda medianın məsuliyyəti güclü olur.
Bu qanun Prezident İlham Əliyevin media sahəsində islahatların aparılması siyasətinin tərkib hissəsidir. Prezidentin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanının imzalanması ilə başlanan islahatlarda ilk olaraq struktur dəyişiklikləri edildi.
Belə ki, həmin Fərmanla Medianın İnkişafı Agentliyi yaradıldı. Ardınca qanunvericilikdəki boşluqların aradan qaldırılması istiqamətində zəruri olan addımlar atıldı. "Media haqqında" qanun layihəsi bu prosesin tərkib hissəsidir.
Qanun layihəsini incələdikdə mühüm dəyişikliklərin edildiyini görmək olur, xüsusilə müasir çağırışların nəzərə alınması, çap mediası ilə yanaşı, onlayn medianın, eləcə də sosial medianın məsuliyyət sahəsinin müəyyən edilməsi ən mühüm məqamlardandır.
Qanun layihəsi qəbul olunacağı təqdirdə, media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək. Bu, rəqabətin artırılması üçün ən vacib addımlardandır. Çünki mediada "köçürmə" prinsipi geniş şəkildə yayılıb və belə demək mümkünsə, çox az bir hissə xəbər istehsal edir, digərləri bu xəbərlərin arxasınca "sürünür". Bir çox hallarda müəlliflik hüquqları qorunmadan informasiyanın oğurlanması halları yaşanır. Nəticə etibarilə, rəqabətdən daha çox, qeyri-legitim yollar inkişaf edir.
Fikrimcə, qanun layihəsi bütün bu kimi problemlərin aradan qaldırılmasına kömək edəcək, xəbər uğrunda mübarizə, informasiya istehsalı bacarıqlarının inkişafını təşviq edəcək və peşəkarlığa gətirib çıxaracaq. Ümumilikdə isə bu, medianın inkişaf edəcəyi deməkdir!"
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1166 Tarix: 11 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd
23 oktyabrMəktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq
24 oktyabrAzərbaycanda bəzi mənzillər bahalaşacaq
Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat
25 oktyabrGülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"
24 oktyabrAzərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini
25 oktyabrTəcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların
25 oktyabrAzərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo
25 oktyabrCəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda
23 oktyabrBakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər
24 oktyabr