"Ulu Öndər Heydər Əliyev Azərbaycanın milli maraqlarını daim uca tutub"- Emil Əkbərov
"Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir".
Bu sözləri Sonxeber.az-a danışan "BİG Media" MMC-nin rəhbəri Emil Əkbərov deyib.
Emil Əkbərov qeyd edib ki, ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın milli maraqlarını daim uca tutub:
"Ümummilli lider Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyi və bütövlüyü uğrunda düşünmədən canını fəda etməyə hazır olan dahi şəxsiyyət olub. O, ömrünün sonuna qədər müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifahının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb.
Heç kəsə sirr deyil ki, Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi dövrdə dövlətimizi zamanın ağır və sərt sınaqlarından çıxara bilib. Ən önəmlisi isə, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edərək onun həyata keçirilməsi üçün mühüm addımlar atıb. Ulu Öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə "Heydər Əliyev dövrü" kimi əbədi həkk olunub".
Emil Əkbərov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin sahib olduğu milli və siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır:
"Ümummilli lider Heydər Əliyev xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi kimi güclü, dərin və universal biliyə, qətiyyətə, qeyri-adi yaddaşa, tükənməz səbirə, uzaqgörənliyə və müdrikliyə sahib idi.
Bu gün müstəqilliyimizin yenidən bərpasının 30 ilini təhlil etdikdə Ümummilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinin miqyası, bu günümüz və gələcəyimiz üçün hazırlanmış inkişaf strategiyasının əsl mahiyyəti daha aydın görünür. Azərbaycan Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə onun gücünün, qətiyyətinin, siyasi iradəsinin şahidi oldu. Dövlətinin, xalqının gələcəyini düşünən rəhbər hər zaman inkişaf konsepsiyasını elə hədəflər üzərində qurur ki, davamlı inkişaf qaçılmaz olur. Zamanında Ulu Öndər bu nümunəni nümayiş etdirdi: 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdıb xilaskarlıq missiyasını yerinə yetirməklə Azərbaycanın qarşısında geniş imkanlar açdı. Ümummilli lider Heydər Əliyev hazırladığı iqtisadi strategiyası ilə Azərbaycanı müstəqilliyinin yenidən bərpasının ilk illərinin çətinliklərindən, bəlalarından xilas etdi.
Əlbəttə, müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir. Ulu Öndər Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaradıb.
1993-2003-cü illərdə dövlətçilyimzin əsasları yaradıldı və bu günə qədər də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Emil Əkbərov Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun torpaqlarmızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olduğunu söyləyib:
"Ümummilli liderin bu arzusu onun layiqli davamçısı, güclü sərkərdə, Ali Baş Komandan İlham Əliyev tərəfindən reallaşdırılıb. Ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olunub. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu düşməni torpaqlarımızdan qovub çıxardı. Üçrəngli bayrağımız yenidən Qarabağın döyünən ürəyi olan Şuşada və işğaldan azad olunmuş digər ərazilərdə qürurla dalğalanmağa başladı, ərazi bütövlüyümüz təmin edildi. "Dəmir yumruq"la beli qırılan, başı əzilən düşmən təslim olmağa məcbur edildi.
Əminliklə qeyd edə bilərəm ki, Ulu Öndər Heydər Əliyevin axıra çatdıra bilmədiyi planları bu gün cənab Prezident İlham Əliyev uğurla həyata keçirə biləcək.
Sonda əlavə etmək istəyirəm ki, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi, təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biri olaraq, hər bir soydaşımızın qəlbində əbədi yaşayacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
"Anamla atam ailə qurmağımı istəyir"
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəs Həsənov küçəsində qanunsuz tikinti aparılır - ARAŞDIRMA