"Heydər Əliyev ideyalarının reallaşmasının növbəti dəfə şahidi olduq" - Jalə Əhmədova
""Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir", - demişdi Ulu Öndərimiz.
Hər bir kəlamında bir müdriklik, bir həqiqət olan Ulu Öndərin vaxtilə söyləmiş olduğu bu fikrin gerçəkləşməsini biz Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsində gördük".
Bu sözləri Sonxeber.az-a danışan Jalə Əhmədova deyib.
Deputat vurğulayıb ki, Vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri, min illər keçsə belə, yaddan çıxmayacaq, nəsillərdən-nəsillərə ötürüləcək Heydər Əliyevin ideyalarının reallaşmasının növbəti dəfə şahidi olduq:
"Azərbaycanlı olaraq, hər birimiz xalq-ordu birliyinin, milli həmrəyliyin, Vətənə sevginin, vətənsevərliyin bir parçası olduq Vətən müharibəsində. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini qorumağa qadir olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanaraq ərazi bütövlüyünü təmin edən Orduya malik olması, Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərinin bariz nümunəsidir. Atdığı hər bir addımını xalqın mənafeyi ilə uzlaşdıran, ən qısa zaman kəsiyində ölkədaxili siyasi və iqtisadi problemlərin tam həllinə nail olan Heydər Əliyevin hazırladığı strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə bu gün də xidmət edir".
Deputat qeyd edib ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır:
"Fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs, lider kimi təsdiq etmiş Ulu Öndər idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Azərbaycanın coğrafi cəhətdən kiçik ölkə olması faktı Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə mane ola bilməyib.
Dərin zəka, ağıl və düşüncə, möhkəm iradə, sarsılmaz yaddaş, soyuq və dözümlü münasibət, dəmir məntiq kimi fenomenal xüsusiyyətlərə malik olan Heydər Əliyev, dünyanın diqqət mərkəzində olan siyasi xadimlər arasında xüsusi yerə və nüfuza sahib olub. Dünyanın siyasi tribunasından diqtə etdiyi qətiyyətli çıxışları, keçirdiyi görüşlər nəticəsində hegemon dövlətlərlə Azərbaycan arasındakı əlaqələrin və dövlətlərarası qarşılıqlı münasibətlərin təməli məhz Heydər Əliyev tərəfindən qoyulub və bu gün o böyük siyasətçinin yolunu Prezident İlham Əliyev uğurla davam etdirir.
Cənab Prezidentin gərgin əməyi, uzaqgörən xarici və daxili siyasəti nəticəsində Azərbaycan bu gün bölgədə və dünyada söz və nüfuz sahibinə çevrilib, bütün dünyada torpaqlarını işğaldan azad edən qalib ölkə kimi tanınıb.
Dekabrın 12-də Ümummilli Liderimizin anım günüdür. Bütün dünya azərbaycanlılarının milli iftixarı, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq Ulu Öndərimiz Heydər Əliyevə Allahdan rəhmət diləyirəm".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1217 Tarix: 12 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEvlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd
23 oktyabrMəktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq
24 oktyabrAzərbaycanda bəzi mənzillər bahalaşacaq
Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat
25 oktyabrGülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"
24 oktyabrAzərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini
25 oktyabrTəcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların
25 oktyabrAzərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo
25 oktyabrCəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda
23 oktyabrBakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər
24 oktyabr