Azərbaycan mətbuatı üçün yeni üfüqlər

Azərbaycan mətbuatı üçün yeni üfüqlərAzərbaycan cəmiyyətinin inkişafına öz töhfəsini verən milli mətbuat tarix boyu maariflənmədə, milli düşüncəsinin formalaşmasında mühüm rol oynayıb. Mətbuat sahəsində yaradılmış ənənələri daha da möhkəmləndirən Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində isə kütləvi informasiya vasitələrinin fəaliyyətində dövrün çağırışlarından irəli gələn yeni keyfiyyət mərhələsi başladı. Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət, dövlət-media, media-cəmiyyət münasibətlərində də yaranmış yeni reallıqlar bu sahənin qanunvericilik bazasının yenilənməsinə də böyük tələbat yaratmışdı. Azərbaycanda 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında" qanun bu günə kimi 79 dəfə dəyişdirilib və müasir çağırışlarla uzlaşmır.
Ölkə başçısı İlham Əliyevin 2021-ci ilin əvvəlində yaratdığı Medianın İnkişafı Agentliyi fəaliyyətə başladıqdan sonra "Media haqqında" yeni qanun layihəsi üzərində hazırlıq işləri aparılıb. Qanun layihəsi jurnalistlərin statusu, ümumiyyətlə, redaksiyaların statusu və bir çox digər məsələləri özündə əks etdirir. Bu vahid jurnalist kartlarının təqdim olunması, ciddi mətbuatla qeyri-ciddi mətbuatın ayırd edilməsi, ümumiyyətlə, jurnalistika fəaliyyətinin dislokasiyasını özündə müəyyən edən sənəddir.
"Media haqqında" qanun layihəsi Azərbaycanda indiyədək tətbiq edilməmiş yeniliklərlə zəngindir. Layihə ilk növbədə onlayn medianın hüquqi statusunun tanınması, strukturlaşması barədə təsəvvür yaratması baxımından önəmlidir. Onlayn media 20 ilə yaxındır ki, Azərbaycanda yaranıb, inkişaf edir və bu gün ölkəmizin media məkanında çox böyük paya malikdir. Amma onun hüquqi tənzimlənməsi tamamlanmamışdı.
Yeni qanun layihəsi vahid reyestrin tətbiq edilməsini nəzərdə tutur ki, bu da çox önəmli məqamdır. Ölkədə nə qədər KİV qurumu, nə qədər jurnalist fəaliyyət göstərir və s. bu kimi suallara aydınlıq gətiriləcək. Vahid reyestrin olması ölkədə KİV-lər üçün strateji inkişaf proqramlarının hazırlanmasını da asanlaşdıracaq.
Jurnalistlər üçün vahid formalı vəsiqələrin tətbiq edilməsi də müsbət amildir. Vahid formalı kartı əldə edən jurnalistlər qanunla nəzərdə tutulan bir sıra imtiyazlardan faydalanacaqlar.
Yeni qanun layihəsi həm də KİV-lərin peşəkarlaşmasını stimullaşdıracaq. Hərbi və fövqəladə vəziyyət hallarında davranış standartları, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, təhqir və böhtanın qarşısının alınması, müəllif hüquqlarının qorunması və sair halların hamısı detallı şəkildə layihədə əksini tapıb.
Layihədə nəzərdə tutulan məqamlardan biri də "freelancer" - sərbəst çalışan jurnalistlərin hüquqlarının tanınmasıdır.
Bütün bunlar onu deməyə əsas verir ki, "Media haqqında" yeni qanun məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi sənəddir.

Rövşən Rəsulov – "Səs" qəzeti və "Səs" İnformasiya Agentliyinin jurnalisti


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 770   Tarix: 12 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq

24 oktyabr
.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

25 oktyabr
.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların

25 oktyabr
.

Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo

25 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr