Fikrət Məmmədov Ermənistanın ölkəmizə qarşı yalanlarını tam ifşa edib
Hazırda Venesiyada Avropa ədliyyə nazirlərinin konfransı keçirilir.
Sonxeber.az AZƏRTAC-a istinadla xəbər verir ki, konfransda iştirak edən Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədov Ermənistan tərəfinin fürsətdən istifadə edib ölkəmizə qarşı əsassız və uydurma ittihamlarına qarşı tutarlı faktlarla çıxış edərək onların yalanlarını tam ifşa edib.
F.Məmmədov torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq, Azərbaycanın özünümüdafiə hüququna əsaslanmaqla əks-hücum əməliyyatları həyata keçirdiyini və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını təmin edərək torpaqlarını işğaldan azad etdiyini bildirib. Müharibə meydanında ağır məğlubiyyətə uğrayan Ermənistanın insanlığa qarşı və müharibə cinayətləri törədərək mülki əhalimizi qəsdən ağır artilleriya qurğularından atəşə tutması nəticəsində 12-si uşaq olmaqla 100-ə yaxın dinc insanın həlak olduğu və 400-dən çox insanın isə yaralandığı qeyd edilib.
Nazir, həmçinin bu günlərdə Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın əsassız iddialarını rədd etdiyini və Ermənistandan azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməklə bağlı Qərar qəbul etdiyini diqqətə çatdırıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1389 Tarix: 13 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabr