NATO-nun baş katibi: "Azərbaycanla Ermənistan arasında münasibətlərinin normallaşmasını dəstəkləyirik"
"NATO - Azərbaycan əməkdaşlığının uzun illərə əsaslanan tarixi var. Bizim Prezident İlham Əliyevlə konstruktiv danışıqlarımız oldu".
Oxu.Az-ın məlumatına əsasən, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan - NATO münasibətləri bir çox sahələri – enerji təhlükəsizliyindən tutmuş digər sahələri əhatə edir.
Baş katib Azərbaycanın NATO-nun Əfqanıstandakı fəaliyyətinə dəstəyini də xatırladıb.
Yens Stoltenberq qeyd edib ki, NATO Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasını dəstəkləyir.
"Cənubi Qafqazda sülh və təhlükəsizlik hamımız üçün vacibdir. Biz Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasını dəstəkləyirik", - deyə o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1047 Tarix: 14 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident İlham Əliyevdən şəhid hərbçilərlə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, Sərəncam
25 iyunİlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Dövlət bayramı - Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularım
3 iyulAvropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind
2 iyul