Uşaqlarınız yuxuda danışır, gəzir? - Necə davranmalı?
Valideynlərin bir çoxu uşaqlarının yuxuda danışmağı və gəzməsi problemi ilə qarşılaşır. Adətən, bunun səbəbi gün ərzində baş vermiş streslər, yorğunluq və yuxunun az olması ilə izah edilir.
Bu zaman heç bir xüsusi müalicəyə ehtiyac yoxdur və valideynlər bundan narahat olmamalıdır.
Somnambulizm, yəni yuxuda gəzmək kiçik yaşlı uşaqların 15-35 faizində ən azı bir dəfə rast gəlinir. Oğlanlarda bu hal qızlara nisbətən daha çox görünür.
Yuxuda gəzmək bəzi hallarda irsiyyətlə də bağlı ola bilər. Bu, 14-16 yaşına kimi getdikcə azalır və daha sonra hər şey qaydasında olur.
Əlbəttə, somnambulizm bəzi hallarda təhlükəli ola bilər. Buna görə də bu hal həddindən artıq çox təkrarlanırsa, mütləq həkimə müraciət etməlisiniz.
Bəs, uşaq yuxuda gəzirsə, valideyn nə etməlidir? Necə davranmalıdır?
Lent.az bu sualların cavabının qısa xülasəsini təqdim edir:
1. Uşağın davranışlarına və hərəkətlərinə diqqətlə fikir verin.
2. Belə vəziyyətlə qarşılaşanda uşağı oyatmağa çalışmayın. Çalışın ehtiyyatla yataq otağına aparıb yerinə uzandırasınız. Yanında gözləyin ki, uşaq dərin yuxuya getsin.
3. Evladlarınızın təhlükəsizliyini təmin edin
4. Uşağın otağının qapısını da bağlaya bilərsiniz.
5. Oyandıqda isə ona gecə baş verənləri danışmayın. Bunu başqa insanların yanında qətiyyən dilə gətirməyin. Bu zaman onlar baş verənləri xatırlamayacaq və utanacaq, sıxılacaq. Bu da uşağın psixologiyası üçün zərərlidir.
6. Əgər bu vəziyyət tez-tez təkrarlanarsa, həkimə müraciət edin və övladınızın hər bir hərəkətini, davranışını dəqiq təsvir etməyə çalışın.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1610 Tarix: 15 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSoyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin
15 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabrRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabrÖlümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabr5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?
Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama
8 noyabr800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabrDüyü bişirərkən bu səhvi etməyin
Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri
12 noyabr