İlham Əliyev Brüsseldə Volodimir Zelenski ilə görüşdü - YENİLƏNİB + FOTO
Dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev deyib:
"Hörmətli cənab Prezident, Sizi yenidən görməyimə çox şadam.
Sizin Azərbaycana səfərinizi məmnunluqla xatırlayıram. İkitərəfli münasibətlərimizin inkişafı üçün o səfərin çox böyük əhəmiyyəti var idi. Şadam ki, səfərdən sonra bütün verdiyimiz təlimatlar yerinə yetirilir və Ukrayna-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. Əlbəttə, çox maraqlıyıq ki, bu əlaqələri daha da genişləndirək.
Əlbəttə ki, şəxsi təmaslar bu məqsədlərə nail olmaq üçün xüsusi şərait yaradır. Əminəm ki, bugünkü görüşümüz də çox məhsuldar və uğurlu olacaq.
Bu gün biz Sizinlə birlikdə Şərq Tərəfdaşlığı Zirvə görüşündə iştirak edəcəyik. Bu gün işimiz çoxdur".
Prezident Volodimir Zelenski:
"Doğrudur, işimiz çoxdur. Zati-aliləri cənab Prezident, Sammit çərçivəsində ayrıca bir görüşün keçirilməsinə görə Sizə minnətdarlığımı bildirirəm. Ölkənizin siyasətində bizə davamlı olaraq dəstək olduğunuza, ərazi bütövlüyümüzü və suverenliyimizi dəstəklədiyinizə görə Sizə təşəkkürümü bildirirəm.
İki il bundan əvvəl Azərbaycandakı görüşümüzlə bağlı çox yaxşı xatirələrim var. Azərbaycan çox qonaqpərvər ölkədir. Fürsətdən istifadə edərək Sizi Ukraynaya səfərə dəvət edirəm. Ümid edirdim ki, Siz bizim müstəqilliyimizin 30-cu ildönümündə ölkəmizə səfər edəcəkdiniz, lakin COVID-ə görə bu günlərdə dünyada vəziyyətin çətin olduğunu da başa düşürəm. Lakin müstəqilliyin 30-cu ildönümü bütün il ərzində qeyd olunur - avqust ayından növbəti ilin avqust ayınadək. Buna görə ümid edirəm ki, Siz imkan tapıb Ukraynaya gələcəksiniz və biz Sizin səfərinizi səbirsizliklə gözləyəcəyik".
Söhbət zamanı, həmçinin hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olundu, biznes dairələrinin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi, xüsusilə enerji sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.
16:28
Dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentin gəlinindən zərif - Fotolar
Leysan yağacaq, dolu düşəcək
Gələn il pensiyalar nə qədər arta bilər? - FAİZ AÇIQLANDI
Atların əslində haradan gəldiyi ilə bağlı yeni FAKT
Azərbaycanda ZƏLZƏLƏ OLDU
Bakıda evdə GÜCLÜ PARTLAYIŞ: Yaralıların sayı 4-ə çatdı, ölən var - FOTO - VİDEO
Bakıda ölümlə nəticələnən partlayışın ANBAAN GÖRÜNTÜLƏRİ
Magistraturada yenə 99 bal topladı: "Bu nəticəni gözləyirdim"
Ürəyin ən böyük düşməni - Yalnız bu amil ölüm riskini kəskin artırır
Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar (SİYAHI)
XƏBƏRDARLIQ! Hava YENİDƏN PİSLƏŞƏCƏK: Leysan və sel...
Kondisioneri yayda necə düzgün təmizləmək olar?
Astronomlar xəbərdarlıq edir: Səma artıq əvvəlki kimi qaranlıq olmayacaq
Boşanma mərhələsində olduğu həyat yoldaşını boğazından bıçaqladı - VİDEO
Ödənişli yolda ağır qəza - 33 yaşlı qadın öldü - Foto