Qadınlar niyə soyuğa daha həssasdır?
Kişilər və qadınlar yalnız düşüncə tərzinə və cinsi xüsusiyyətlərinə görə fərqlənmir. Məsələn, elm adamları qadın və kişi bədəninin temperatura fərqli reaksiya verdiyini təsbit edib.
İstiyə və ya soyuğa münasibət qadın və kişi arasında fərqlənir. Bəs bunun səbəbi nədir?
Qadınlar soyuğa daha həssasdır
Soyuğa dözümlülük hər kəsdə fərqli olsa da, alimlər qadınların daha çox üşüdüyünü təyin edib. Bu, ilk növbədə onların orta bədən istiliyinin kişilərdən bir qədər yüksək olması ilə əlaqədardır. Odur ki, qadınlar soyuğu daha güclü hiss edir.
Bu fakt müxtəlif cinslərdən olan 40 könüllünün qatıldığı tədqiqatda təsbit edilib. 18-40 yaş arasında olan iştirakçıların orta bədən istiliyi 36,8°C olub, lakin gün ərzində hər birinin göstəricisi dəyişib, bu da insan orqanizmi üçün normaldır.
Bununla birlikdə, qadın göstəriciləri həmişə kişilərdən bir qədər yüksək qeydə alınıb, təxminən 0,4 dərəcə. Alimlərin sözlərinə görə, qadınlarda üşümə hissinin artmasının səbəbi estrogen hormonlarla əlaqədardır. Periferik damarlar bu hormonlara qarşı çox həssasdır. Qandakı estrogen səviyyəsi çoxaldıqca bədənin soyuğa reaksiyası artır. Bundan başqa, aşağı temperaturda qoruyucu mexanizmlər işə salınır - kapilyarlar daralır və qanı həyati orqanlara yönəldir. Azacıq soyuq havada belə qadın bədəni eyni reaksiyasını verir, lakin kişilərdə bu müşahidə olunmur.
Qadınlarda estrogenlər dərialtı piyləri bədəndə daha bərabər payladığı üçün qan bağırsaqlara ekstremitlərə nisbətən daha sürətli axır. Bu səbəbdən qadınlar soyuq fəsillərdə daha ciddi diskomfort yaşayırlar, çünki belə şəraitdə ayaqları və qolları daha sürətli üşüyür.
Hansı orqanlar soyuğa daha həssasdır?
Alimlər qadınların bədənindəki ən soyuq yerin ayaq və ayaq barmaqları olduğunu təsbit edib. Bu, təəccüblü deyil, çünki aşağı ətraflarda qan dövranı daha yavaş gedir. İstiliyin çox hissəsi bədən daxilində cəmlənir. Ancaq qan ən son ayaqlara axır. Buna görə qışda bir çox qadın ayaqlarının ciddi şəkildə üşüməsindən şikayətlənir. Əksər kişilərdə isə bu cür problem praktik olaraq mövcud deyil. Zərif cinsin ekstremitlərinin temperaturunun kişilərdən təxminən 3 dərəcə aşağı olduğu müəyyən edilib.(publika.az)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1368 Tarix: 16 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu
19 sentyabrMeymun yazıçının arvadını öldürdü
Hindistanın Karnataka ştatında 91 yaşlı qadın meymun hücumundan sonra ölüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Koppal şəhərində qeydə alınıb. Tanınmış yazıçı M.S. Savadattinin həyat yoldaşı Nəcamunnisa Bequm evinin həyətində olarkən qəfil meymunun hücumuna məruz qalıb. Hücum nəticəsind
22 sentyabrBritaniyalı qadın səhərlər gəzməyə başladı və gözlənilməz bir kəşf etdi
Britaniyalı jurnalist Elis Porter hər gün səhər işdən əvvəl gəzintiyə çıxmaq qərarına gəlib və gözlənilməz bir kəşf edib. -ın xəbərinə görə, o, öz təcrübəsinin nəticələrini "Fit and Well" nəşri ilə bölüşüb. Elis Porterin sözlərinə görə, uzun müddət səhərlər məhz qəhvə sayəsində özünü gümra
23 sentyabrBədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabrGecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20 sentyabrBu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20 sentyabrAy necə yaranıb? - Yeni missiya sirri aça bilər
Merkuriyə doğru hərəkət edən "BepiColombo" kosmik missiyasının toplayacağı məlumatlar Ayın yaranması ilə bağlı yeni ipucları verə bilər. Tədqiqatçılar planetlərin formalaşdığı dövrdə baş verən nəhəng toqquşmaların Yerin təbii peykinin yaranmasında hansı rolu oynadığını aydınlaşdırmağa çalışırlar
22 sentyabr30 dollara almışdı - 150-250 min dəyəri var imiş
ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"
21 sentyabr