Bu şirkət işçilərinə evdən daha yaxşı işləmək üçün 1000 dollar verir
"Apple" şirkəti korporativ işçilərinin ofislərinə qayıtma tarixini qeyri-müəyyən müddətə təxirə salıb və həmçinin onlara evdə iş şəraitinin yaxşılaşdırılmasına xərclənməsi üçün 1000 dollar verəcək.
Bu barədə "Bloomberg"dən Mark Qurman və NBC News-dan Zoe Şiffer öz "Twitter" səhifələrində yazıblar.
Şirkətin baş direktoru Tim Kuk işçilərə elektron məktub göndərərək işə qayıtma tarixinin "hələ müəyyən edilmədiyini" bidirib. O, həmçinin "Apple"ın bütün işçilərinə "evdən işləməyə" istifadə etmək üçün 1000 dollar verəcəyini açıqlayıb.
"Apple" sözçüsü Nik Lixi "The Verge" nəşrinə nağd pul bonusunu təsdiqləyib. Sözügedən məğləb pərakəndə satış işçilər də daxil olmaqla, hər bir işçiyə ödəniləcək.
Ofislərə qayıtmağın gecikməsi COVID-19 hallarının artması və "Omikron" variantının yayılması ilə əlaqədardır. Bundan əvvəl işçilər fevralın 1-də normal iş şəraitinə qayıtmalı idilər.
"Apple" COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar bu həftə üç pərakəndə satış mağazasını bağlayıb. Çərşənbə axşamı şirkət alıcılardan mağazalarda maska taxmağı tələb etməyə başlayıb.\oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA
"WhatsApp" artıq belə görünəcək - FOTO
Yastıq üzlərini neçə gündən bir dəyişdirmək lazımdır?
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
Emin Əmrullayevdən kiçik məktəblərin birləşməsi ilə bağlı AÇIQLAMA
Restoranlardakı kimi dadlı kartof qızartmaq hiyləsi
TƏCİLİ: Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - Təqaüd yaşı ilə bağlı VACİB AÇIQLAMA
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızının başını mişarla kəsdi