Gəncədə dəfn olunan ispan pilotlar - VİDEO
Azərbaycana ispan pilotların gəlişi 1937-ci ilə təsadüf edir. Həmin dövrdə alman faşizminin İspaniyada hakimiyyətə gəlişinə etiraz edən bir qrup gənc sovet hakimiyyəti tərəfindən SSRİ-nin tərkibində olan ölkələrə, o cümlədən Azərbaycana gətirilir.
İspan gənclər Azərbaycanda hərbi məktəblərdə təyyarəçilik kurslarına cəlb edilir, hərbi təlimlər keçir və sonradan ölkələrinə göndərilirdi.
Gəncə şəhərinə gətirilən ispan pilotlar həmin dövrdə yaradılan 20 saylı hərbi hissədə pilot kursları keçib. 1939-cu ildə isə Azərbaycanda təlim keçən ispanlar qayıda bilmir. Bakı və Gəncədə hərbi təlimlər keçən ispanlar Sovetlər Birliyinin tərkibində Böyük Vətən müharibəsi zamanı alman faşizminə qarşı döyüşür.
Döyüşlərdə vəfat edən bəzi ispan pilotlar elə Gəncədə dəfn olunur. İspan pilotların təyyarəçilik məktəbində təhsil alanlardan biri də Gəncə şəhər sakini hazırda 100 yaşını qeyd edən Tofiq Hüseynov olub. Müsahibimiz deyir ki, qırıcı təyyarə sürmək üzrə son imtahandan keçə bilmir. Onu Gəncə şəhərinə bombardmançı təyyarə məktəbinə götürürlər.
Tofiq Hüseynovun Gəncədə ispan pilotlarla tanışlığı da məhz belə olub. İspan pilotların Gəncə şəhərində yaşadıqları müddət ərzində yerli əhali ilə də çox yaxşı münasibətləri olub. Bu gün ispan pilotların məzarları Gəncənin Fəxri xiyabanındadır. Onlar üçün xüsusi memorial kompleks də yaradılıb.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA
"WhatsApp" artıq belə görünəcək - FOTO
Yastıq üzlərini neçə gündən bir dəyişdirmək lazımdır?
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
Emin Əmrullayevdən kiçik məktəblərin birləşməsi ilə bağlı AÇIQLAMA
Restoranlardakı kimi dadlı kartof qızartmaq hiyləsi
TƏCİLİ: Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - Təqaüd yaşı ilə bağlı VACİB AÇIQLAMA
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızının başını mişarla kəsdi